Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

2008 – 2010-cu illər üçün fəaliyyət strategiyası

2008 - 2010-cu illər üçün fəaliyyət strategiyasıAzərbaycan Respublikasında siyasi hüquqların qorunması sahəsində QHT-lərin və vətəndaş cəmiyyətinin rolunun artırılması

1. Azərbaycan Respublikasında Siyasi Məhbus Problemləri Üzrə Şuranın gördüyü işlərin icmalı

Azərbaycanda Siyasi Məhbus Problemləri Üzrə Şura fəaliyyətə başladığı ilk dövrlərdə əsasən “siyasi məhbusların” problemləri ilə məşğul olurdu. Şura beynəlxalq və yerli ekspertlərin, həmçinin dövlət müəssisələrinin iştirakı ilə bir neçə konfrans keçirdi. Nəticədə “siyasi məhbus” probleminin həllinə təkan verəcək mühüm bir sənəd – Bakı Bəyannaməsi qəbul edildi və Avropa Şurasına təqdim olundu. Bu gün bu sənədin dəyəri daha çətin bir vəzifənin – Azərbaycanda demokratiyanın inkişafı naminə ədalət məhkəməsinin müstəqilliyinin təmin edilməsi və qanunun aliliyi prinsipinin həyata keçirilməsi ilə ölçülür. Ona görə də Azərbaycanda Siyasi Məhbus Problemləri Üzrə Şura öz fəaliyyət dairəsini daha da genişləndirməli və müstəqil məhkəmə, fikir və sərbəst toplaşma azadlığı, seçkilərin monitorinqi kimi günümüzün aktual məsələlərinin həlli istiqamətində növbəti üç il üçün nəzərdə tutulmuş məqsəd və prioritetləri əvvəlcədən müəyyənləşdirməlidir. 2008-ci il aprel ayının 7-8-də Bakıda keçirilən ”Azərbaycanda siyasi hüquqların müdafiəsi – yeni meyarlar” adlı beynəlxalq konfransdakı müzakirələrdən dərhal sonra Şuranın gündəliyinə dəyişikliklər edilməsi məqsədilə aşağıdakı strateji sənədin qəbul edilməsi və Şuranın adının dəyişdirilib “Insan Hüquqları üzrə İctimai Şura” adlandırılmasını nəzərdə tutan strateji qərar qəbul edildi.

2. Cari vəziyyət

Azərbaycan Respublikasında insan hüquqlarının qorunması sahəsində əldə olunmuş mühüm nailiyyətlərə baxmayaraq, respublikamızı vətəndaşların qanunun aliliyinə hörmətlə yanaşıldığı, fikir azadlığı və əsas insan hüquqlarının qorunduğu demokratik bir dövlətə çevirmək istiqamətində xüsusi diqqət tələb edən bəzi mühüm məsələlər hələ də qalmaqdadır.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan hökuməti “siyasi məhbus” probleminin həlli istiqamətində təsirli tədbirlər görmüş, ölkə QHT-ləri və hüquq müdafiəçiləri bu işdə onlara dəstək vermişlər. Son bir neçə ildə QHT hüquq müdafiəçilərinin və beynəlxalq təşkilatların “siyasi məhbuslarla” bağlı qaldırdığı iddiaların böyük bir qismi həll edilmişdir. Azərbaycan Respublikasının Prezidenti onlardan bir çoxunu əfv etmiş, bəzilərinin isə işinə yenidən baxılmışdır. Bu nailiyyətlər beynəlxalq təşkilatlar tərəfindən də qeyd olunmuşdur. Hazırda Azərbaycanda insan hüquqları sahəsindəki nöqsanların aradan qaldırılması istiqamətində yeni yanaşmalar müşahidə olunur. Bu yeni yanaşma İnsan Hüquqları üzrə Ali Komissar Tomas Hammerberqin 2007-ci ilin sentyabr ayında Azərbaycana səfərindən sonra hazırladığı hesabatda da öz əksini tapmışdır.

Hesabatda deyilir ki, Azərbaycan Respublikasında insan hüquqlarının qorunması üçün zəruri hüquqi baza vardır. Bu, iki əsas istiqamətdə özünü göstərir:

– Əsas hüquqlar – qeydiyyatın sürətləndirilməsi və QHT-lərə maliyyə vəsaitinin ayrılması yolu ilə birləşmək azadlığına təminat verən informasiya azadlığı haqqında Qanunun qəbulu, habelə Ombudsman institutunun möhkəmləndirilməsi;

– Üçpilləli məhkəmə sisteminə əsaslanan ədalət məhkəməsi, yeni hakimlərin təyini və bütün məhkəmə işçiləri üçün müntəzəm peşəkar hazırlıq bazasının yaradılması.

Hesabatda qeyd olunur ki, Azərbaycan insan hüquqları sahəsində, xüsusən diffamasiyanın Cinayət Məcəlləsindən çıxarılması istiqamətində hüquqi bazanı təkmilləşdirməyi davam etdirməlidir.

Son beş ildə milli hüquqi bazanın işlənib hazırlanması və müvafiq təsisatların yaradılması, habelə “siyasi məhbus” probleminə fərdi qaydada baxılması üçün az səy göstərilməmişdir. İnsan hüquqları sahəsində struktur və mexanizmlərin yaradılması ilə başlanan ilk mərhələdən sonra, Azərbaycan Respublikası öz inkişafında yeni bir dövrə – vətəndaşların hüquqlarına təminat verən tam demokratik dövlət quruculuğu dövrünə qədəm qoyur. Bu yeni mərhələ qəbul olunmuş qanunvericiliyin səmərəli həyata keçilməsini, habelə Azərbaycanda insan hüquqları sahəsində fəaliyyət göstərən hökumət və qeyri-hökumət təşkilatlarının gücünü artırmağı nəzərdə tutur.

Insan Hüquqları üzrə İctimai Şura, əldə edilmiş nəticələrə söykənərək və Azərbaycan Respublikasında qazanılmış nailiyyətləri nəzərə alaraq, fəaliyyət dairəsini genişləndirəcək və sonrakı iki il ərzində diqqətini Azərbaycanda insan hüquqları sahəsində təsirli mexanizmin yaradılması üçün həyati əhəmiyyəti olan və insan hüquqları sahəsində Avropa Şurası və Avropa İttifaqı standartlarına riayət olunmasına imkan verən üç əsas strateji vəzifəyə yönəldəcək.

1. Seçki prosesinin təkmilləşdirilməsinə və ATƏT/ODİHR və Venesiya Komissiyasının tövsiyələrinə uyğun olaraq onun tamamilə şəffaf keçirilməsinə xüsusi diqqət verməklə Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi;

2. Müstəqil məhkəmə sisteminin və qanunun aliliyinin təmin olunması, hüquq-mühafizə orqanlarının (prokurorluq, polis, istintaq orqanları) insan hüquqlarını qoruması, insan hüquqları sahəsində müvafiq standartlarla bağlı maarifləndirmə işi aparmaqla ədalət məhkəməsinə nail olmaq və qanunvericilikdə dəyişikliklərlə bağlı təkliflər vermək, Vətəndaş monitorinqinin konsepsiyasını və bu təsisatların nəzarət funksiyasını inkişaf etdirmək və milli Ombudsmanla əməkdaşlıq.

3. Kütləvi informasiya vasitələrinin müstəqilliyini artırmaq, təlim yolu ilə söz azadlığının müdafiəsini təmin etmək, monitorinqlərin keçirilməsi, media qanunvericiliyinə dair müvafiq tövsiyələrin işlənib hazırlanması və dövlət orqanlarına təqdim edilməsi, habelə diffamasiyanın Cinayət Məcəlləsindən çıxarılması ilə bağlı qanunvericilikdə dəyişikliklər üçün təşəbbüs göstərilməsi.

Həmin üç əsas istiqamət çərçivəsində nəzərdə tutulan fəaliyyət insan hüquqları sahəsində Avropa standartlarının bərqərar edilməsi və onun uğurla həyata keçirilməsi mexanizmlərinin işlənib hazırlanmasında hökumətin göstərdiyi səylərə təkan verir. Hökumətin səyləri insan hüquqlarının qorunması və vətəndaşların ictimai həyata daha çox cəlb edilməsi, o cümlədən, onların dövlət və yerli müəssisələrə, hüquq-mühafizə orqanlarına və müvafiq xidmətlərə nəzarət sahəsində Təşkilatımızın gördüyü müvafiq tədbirlərlə getdikcə daha çox müşayiət olunacaq.

3. Ümumi məqsəd

Monitorinq prosesində, ictimai təşkilat və müəssisələrə nəzarət sahəsində vətəndaşların məlumatlılığını və iştirakını artırmaqla Azərbaycan Respublikasında insan hüquqlarının qorunmasını təmin etmək.

4. Konkret məqsədlər

Ümumi məqsədlərin həyata keçirilməsi üçün Təşkilatımız sonrakı üç illik fəaliyyəti ərzində qarşısına aşağıdakı konkret məqsədləri qoyur:

4.1. Azərbaycanda seçki prosesinin təkmilləşdirilməsi və şəffaflığın artırılması;

4.2. Müvafiq dəyişikliklərə yol açan qanunvericilik təşəbbüsü yolu ilə məhkəmə sisteminin müstəqilliyinin artırılması və insan hüquqları sahəsində vəzifəli şəxslərin peşəkar səriştəliliyinin yüksəldilməsi. Cinayət qanunvericiliyində ikili standartların istifadəsi ilə bağlı hüquq-mühafizə orqanlarında vətəndaş monitorinqi (qanunu aliliyi prinsipinə və dəyərlərə hörmət);

4.3. Kütləvi informasiya vasitələrinin müstəqilliyinin artırılması, söz azadlığı prinsipləri və dəyərlərinin həyata keçirilməsi.

Həmin məqsədlər Azərbaycan Respublikası, Avropa İttifaqı və Avropa Şurası arasında razılaşdırılmış strateji sənədlərdə qarşıya qoyulmuş prioritet vəzifələrə tamamilə cavab verir.

5. Layihələr və fəaliyyət

Təşkilat ümumi və konkret məqsədlərə çatmaq üçün aşağıdakı layihə və fəaliyyətləri həyata keçirəcək:

5.1. Prioritet 1. “Seçki prosesinin təkmilləşdirilməsinə və ATƏT/ODİHR və Venesiya Komissiyasının tövsiyələrinə uyğun olaraq onun tamamilə şəffaf keçirilməsinə xüsusi diqqət verməklə Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi”;

a) müstəqil QHT nümayəndələri tərəfindən prezident, parlament və yerli orqanlara seçkilərin monitorinqi;

b) QHT nümayəndələrini seçkilərdə müstəqil müşahidəçi qismində iştirak etməyə hazırlamaq;

ç) seçkilərin işıqlandırılması sahəsində jurnalistlər üçün seminarların təşkili;

c) seçki qanunvericiliyinə, habelə mövcud qanunvericiliyin tətbiqinə dair dəyişikliklər edilməsi ilə bağlı tövsiyələrin hazırlanması və hökumətə təqdim edilməsi” ;

e) sərbəst toplaşma və səsvermə hüququnun (anonim səsvermə hüququnun) pozulması, seçki kampaniyası və seçkilər zamanı etiraz nümayişinin məhdudlaşdırılması ilə bağlı siqnalların monitorinqi;

ə) seçkilərin uğurlu keçməsi üçün məlumatlılığı təmin edən milli kampaniyanın keçirilməsi;

5.2. Prioritet 2. Müvafiq dəyişikliklərə yol açan qanunvericilik təşəbbüsü yolu ilə məhkəmə sisteminin müstəqilliyinin artırılması və insan hüquqları sahəsində vəzifəli şəxslərin peşəkar səriştəliliyinin yüksəldilməsi. Cinayət qanunvericiliyində ikili standartların istifadəsi ilə bağlı hüquq-mühafizə orqanlarında vətəndaş monitorinqi (qanunun aliliyi prinsipinə və dəyərlərə hörmət);

a) məhkəmələrin müstəqilliyi və qanunun aliliyi ilə bağlı qanunvericilikdə dəyişikliklər edilməsi üçün təkliflər hazırlanması;

b) vəzifəli şəxslərə, polis məmurlarına və həbsxana işçilərinə insan hüquqları sahəsində Avropa standartlarına dair müvafiq bilgi verilməsi;

ç) Azərbaycanda islah müəssisələri və azadlıqdan məhrumetmə yerlərində mövcud şəraitin monitorinqi haqqında hesabat hazırlanması;

c) cinayət hüququ və prosesinin (qanunun aliliyi) bərabər tətbiqinə dair monitorinq haqqında hesabat hazırlanması;

e) məhbuslar və müvəqqəti saxlanılanlar üçün insan hüquqlarına dair broşüraların nəşri (“Hüquqlarımızı bilək”, “Həbsdə, yaxud istintaq vaxtı mənim hansı hüquqlarım var?”);

ə) hüquq-mühafizə orqanlarında vətəndaş nəzarəti və monitorinqini keçirmək üçün QHT və yerli təşkilatların (qeyri-rəsmi) nümayəndələrindən ibarət şəbəkə yaradılması;

j) Şəbəkə üzvlərinə, QHT nümayəndələrinə və dövlət işçilərinə insan hüquqları sahəsində təlim-təhsil verilməsi.

5.3. Prioritet 3. Kütləvi informasiya vasitələrinin müstəqilliyinin artırılması, söz azadlığı prinsip və dəyərlərinin həyata keçirilməsi.

5.4. Özəl və ictimai kütləvi elektron informasiya vasitələrinə dair hesabatların öyrənilməsi və tərtibi – mülkiyyəti, müstəqilliyi, jurnalistlərin ixtisasının artırılması zərurəti .

5.5. KİV-in özünümaliyyələşdirmə imkanlarının artırılması.

5.6. Media peşəkarlığı və jurnalistlərin səmərəli fəaliyyəti üçün zəruri olan tədqiqat jurnalistikası, ictimai informasiya əldə edilməsi (ictimai informasiya haqqında qanun), insan hüquqları sahəsində Avropa standartları və sair məsələlərlə bağlı jurnalistlərin təlim və təhsili.

5.7. İnsan hüquqlarının qorunmasının müxtəlif cəhətlərini – qadınların iştirakını, uşaqların, azlıqların və qaçqınların hüquqlarını və s. əhatə edən ictimai məlumatlandırma kampaniyası keçirmək.

5.8. İctimai informasiyanın əldə edilməsinə (ictimai informasiya haqqında qanunun tətbiqi) dair hüquq məsləhəti ilə təmin etmək.

5.9. Diffamasiyada təqsirləndirilən jurnalistlərə hüquqi yardım göstərilməsi.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO