Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

AŞ PA -nın Daimi Komitəsi Azərbaycandakı prezident seçkisinin demokratik keçirildiyini bəyan edib – qurumun vitse-prezidenti

AŞ PA -nın Daimi Komitəsi Azərbaycandakı prezident seçkisinin demokratik keçirildiyini bəyan edib – qurumun vitse-prezidentiAzərbaycanda keçirilən prezident seçkisi Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında müzakirə olunmayacaq.
«Avropa Şurası Parlament Assambleyasının Daimi Komitəsi Azərbaycanda keçirilən prezident seçkilərini geniş müzakirə etdi və Müşahidə Missiyasının hazırladığı məruzə qəbul olundu», – bu barədə Daimi Komitənin iclasından sonra Madriddən TrendNews -a telefonla AŞ PA – nın vitse-prezidenti, Azərbaycanın qurumdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.
AŞ PA-nın yanvarın ikinci ongünlüyündə Strasburqda keçiriləcək qış sessiyasında Azərbaycanda prezident seçkisinin nəticələrinin müzakirəsi planlaşdırılırıb.
Seyidov qeyd edib ki, prezident seçkilərini izləyən AŞ PA Müşahidə Missiyasının hazırladığı yekun məruzə Daimi Komitənin iclasında geniş müzakirə olunub.
Onun sözlərinə görə, AŞ PA prezidenti Luis Maria de Puç müzakirələrdə bildirib ki, Azərbaycan xalqı öz iradəsini açıq, sərbəst ifadə edərək prezidentini seçib. AŞ PA prezidenti deyib ki, bu fikirləri yekun məruzədə yazırıqsa, deməli, prezident seçkisi Avropa Şurasının prinsipləri və demokratik standartlara uyğun formada keçirilib.
/My WebpageTrend.az/

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO