Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Amerikalı diplomat: “Azərbaycan kütləvi qırğın silahlarının qeyri-qanuni ticarətinin qarşısının alınmasında sadiqliyini sübut edib “

ABŞ-ın Azərbaycandakı səfirliyinin İxraca Nəzarət və Sərhəd Təhlükəsizliyi İdarəsi Dövlət Gömrük Komitəsinin 12 müstəntiqi, həmçinin 5 hakim və 5 prokuror üçün Yayılmanın Qarşısının Alınması üzrə təlim keçirir.
APA-nın məlumatına görə, bu gün keçirilən açılış mərasimində çıxış edən ABŞ-ın Azərbaycandakı səfirinin müavini vəzifəsini icra edən Karter Vilbör bildirib ki, İxracata Nəzarət və Sərhəd Təhlükəsizliyi (EXBS) proqramı Azərbaycan hökuməti ilə uzun müddətdir, əməkdaşlıq edir: “Bizim ortaq məqsədimiz kütləvi qırğın silahlarının qarşısının alınmasıdır. Bu təlim ölkələrimizin bu səylərə uzunmüddətli sadiqliyini göstərir. EXBS 1999-cu ildən Azərbaycanda fəaliyyət göstərir və bu müddətdə təlimlər, avadanlıq və yardım məqsədi ilə 26,3 milyon dollar vəsait xərcləyib. Azərbaycan kütləvi qırğın silahlarının qeyri-qanuni ticarətinin qarşısının alınmasında sadiqliyini sübut etmiş tərəfdaşdır”.
Daha sonra çıxış edən Dövlət Gömrük Komitəsinin rəisi müavini Şahin Bağırov bildirib ki, Azərbaycan kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasında ABŞ və dünya təcrübəsini öyrənməkdə maraqlıdır: “Bu təlim bizim istintaq orqanlarımız üçün önəm kəsb edir. Əminəm ki, onlar burada öyrəndikləri təcrübəni gələcək fəaliyyətlərində tətbiq edəcəklər”.
Təlim ABŞ-ın Daxili Təhlükəsizlik, Ədliyyə və Energetika nazirlikləri Milli Nüvə Təhlükəsizliyi administrasiyası və Ukrayna Nüvə Tədqiqatları üzrə İxracata nəzarət administrasiyasının nümayəndələri tərəfindən keçirilir.
Təlim oktyabrın 13-dək davam edəcək.
APA

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO