Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Andorra və Azərbaycan əlaqələri gücləndiriləcək

Andorranın Avropa Şurasına Prezidentliyi dövründə Andorra və Azərbaycan əlaqələri gücləndiriləcək.
 “Azadinform” xəbər verir ki, Andorra Baş Şurasında “21-ci əsrdə Azərbaycan” başlıqlı konfransda Andorra Parlamentinin spikeri Vicenç Mateu vurğulayıb ki, Azərbaycan və Andorra kiçik ölkələr ola bilərlər, lakin beynəlxalq aləmdə söz demək  hüququna malikdirlər: “Hər iki ölkə çox qədim ənənələrə malikdir, ancaq eyni zamanda konstitusiyalarını 1990-cı illərdə qəbul etdiklərinə görə nisbətən gəncdir. Bizim ölkələrimiz arasında oxşarlıq var. Biz nəinki tariximizlə fəxr edirik, həm də məqsədimiz gələcəyimizi qurmaq üçün əhəmiyyətli artım dərəcələri olan dinamik ölkələr olmaqdır”.
Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin rəhbəri, deputat Elxan Süleymanov bu fikri təkrar edərək, əlavə edib ki, biz müxtəlif dinlərə mənsubuq, ancaq hər ikimiz zəngin irsə malik demokratik ölkələrik.”
O, Azərbaycanın enerji təhlükəsizliyi və qlobal sülh və təhlükəsizlik sahəsində Avropanın sadiq və etibarlı tərəfdaşı olduğunu vurğulayıb, lakin təəssüflə bildirib ki, təxminən iyirmi il əvvəl Dağlıq Qarabağ və ətraf yeddi rayonun Ermənistan tərəfindən işğalı nəticəsində məcburi köçkünə çevrilmiş bir milyona yaxın azərbaycanlının hüquqlarının bərpası məsələsinə gəldikdə Avropa susur: “Azərbaycan xalqının insan hüquqlarının pozulması qəbuledilməzdir və işğal nəticəsində ölkəmizin iqtisadiyyatına 431.5 milyard dollar ziyan dəyib. Mən başa düşmürəm, nəyə görə Avropa Şurası Azərbaycanı siyasi məhbus ittihamları ilə təkləməyə çalışır, lakin insan hüquqlarına dair belə bir mühüm məsələni həll edə bilmir”.
E.Süleymanov daha sonra AŞPA, Avropa Parlamenti, ATƏT və BMT-nin Dağlıq Qarabağın işğalını pisləyən qətnamələrinə hörmət etməyə çağırdı və həftənin əvvəlində Parisdə Avropa Şurasının Monitorinq Komitəsində Azərbaycana dair məruzəyə təqdim etməyə müvəffəq olduğu düzəlişi xatırlayıb: “Əminəm ki, Andorra Avropa Şurası Nazirlər Komitəsində sədrliyi dövründə Azərbaycanla bağlı daha obyektiv və konstruktiv mövqe tutacaq”.
Nümayəndə heyəti Andorranın turizm və ətraf mühit naziri Fransek Kamp Torres və Andorranın iqtisadiyyat naziri Jordi Alkoe Font ilə ayrıca görüşlər də keçirib. Bu, iki ölkə arasında əsasən turizm və idman sahəsində əməkdaşlıq potensialının olduğunu vurğulayır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO