Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Andorrada Azərbaycanla bağlı konfrans keçirildi

Milli Məclisinin və Azərbaycan Hökumətinin üzvlərindən ibarət Azərbaycan nümayəndə heyəti 13-14 dekabr tarixlərində Andorra Knyazlığının paytaxtı Andorra La Vella şəhərində rəsmi səfərdə olub.
Bu haqda məlumatı Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanovun  qərargahı yayıb.
Məlumatda deyilir ki,dekabrın 14-də Andorranın Ali qanunverici orqanı – Baş Şurasının binasında “Azərbaycan ХХI əsrdə. Azərbaycan və Andorra  arasında etibarın yaradılması” mövzusunda   konfrans keçirilib
Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və təşkilati dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, İqtisadi İnkişaf Nazirinin müavini Sevinc Həsənova, Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fərəc Quliyev, Zahid Oruc, Ceyhun Osmanlı və Ayaz Orucov, “Milli Məclis” jurnalının baş redaktoru Ülviyyə Abdullayeva və Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev iştirak etmişlər.
Andorra Knyazlığı tərəfdən konfransda Andorra Parlamentinin üzvləri, Andorra hökumətinin və Ticarət Palatasının nümayəndələri, qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyətinin və ölkə mediasının təmsilçiləri iştirak ediblər.
Tədbiri Andorra Baş Şurasının prezidenti  Vicenç Mateu Zamora açıb. O Azərbaycanın Andorra üçün əhəmiyyətli ölkə olduğunu, Azərbaycanın uğurlarını diqqətlə izlədiklərini və ikitərəfli münasibətlərin inkişafında maraqlı olduqlarını vurğulayib. Andorra Baş Şurasının prezidenti konfrans iştirakçılarının diqqətinə Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyini və çox böyük iqtisadi potensiala malik ölkə kimi Avropa şirkətlərinin maraq obyekti olduğunu qeyd edib.
Andorra Parlamentinin rəhbəri Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən ətraflı bəhs edib. Sonda o, bu səfərin Andorra – Azərbaycan əlaqələrin gücləndirilməsinə xidmət edəcəyinə inandığöınl bildirib.
Millət vəkili Elxan Süleymanov konfransın təşkilatçılarına və iştirakçılarına Azərbaycan nümayəndə heyəti adından təşəkkür edərək bu səfərin Andorra-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcı olacağına,iki ölkə arasında qarşılıqlı əlaqələrin formalaşmasına və gələcəkdə yüksələn xətlə inkişaf etməsinə təkan verəcəyinə inandığını qeyd edib.
Azərbaycanlı deputat Andorranın BMT, Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatların üzvü olduğunu, 2012-ci ilin noyabrından etibarən növbəti altı ay müddətində Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyini vurğulayıb. Və qeyd edib ki, Azərbaycan üçün ölkəmizdə demokratiyanın genişlənməsi və müvafiq institutların təsis olunması sahələrində Andorranın təcrübəsindən, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrindən yararlanmaq xüsusi əhəmiyyət kəsb edir.
Elxan Süleymanov çıxışında Dağlıq Qarabağ probleminin münaqişə deyil, Ermənistanın Azərbaycana silahlı təcavüzü olduğunu xüsusi qeyd edib. Ermənistan Azərbaycana qarşı müharibə aparıb və Azərbaycanın əraziləri işğal edilib. Ermənistan təcavüzkar, Azərbaycan isə təcavüzə məruz qalan tərəfdir. Millət vəkili bəyan edib ki, təcavüzkara qarşı mübarizə bəşəriyytə və insanlığa xidmət etməkdir. Bu müharibə nəticəsində Azərbaycan xalqına böyük mənəvi və maddi ziyan vurulub. Bir milyona yaxın azərbaycanlının bütün insan və vətəndaş hüquqları pozulub. Millət vəkili uzun müddət ərzində müharibə nəticəsində Azərbaycana vurulmuş maddi ziyanın miqdarını araşdırdığını qeyd edib. Həmin araşdırmalar bu yaxınlarda ABŞ-da nəşr edilmiş kitabda öz əksini tapıb. Bu araşdırmalara əsasən müharibə nəticəsində Azərbaycana vurulmuş maddi ziyanın həcmi 2011-ci ilin əvvəllərinə olan hesablamaya əsasən 431.5 (dörd yüz otuz bir milyard beş yüz milyon) ABŞ dollarından artıqdır. 
Beynəlxalq təşkilatların problemlə bağlı qəbul etdikləri qətnamələrin heç birinin icra olunmadığını bildirən millət vəkili bəzi siyasətçilərin, deputatların, rəsmi şəxslərin tərəfindən zaman-zaman açıq-aşkar biganəlik nümayiş etdirildiyini təəssüf  hissi ilə qeyd edib.
Deputat yaxın günlərdə Avropa Parlamentinin prezidenti Martin Şultsdan aldığı məktubu buna misal gətirib. O, bildirib ki, Şults məktubunda münaqişənin həllinin məsuliyyətini təcavüzkar Ermənistan və təcavüzə məruz qalan Azərbaycan tərəflərinin üzərinə atıb, bununla da beynəlxalq təşkilatların, o cümlədən Avropa Parlamentinin bu məsələyə biganəliyini bir daha təsdiq edib.
 Bundan əlavə deputat AŞPA da yaradılmış Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyətsizliyi barədə məlumat verib. O, bildirib ki, bu qurum 2005-ci ildə yaradılıb və o vaxtdan indiyədək Ermənistan tərəfi alt komitənin fəaliyyətini boykot edib. Bu o deməkdir ki, Ermənistan Avropa Şurası qarşısında götürdüyü öhdəliyə məhəl qoymur, Avropa Şurası isə susur.
 Elxan Süleymanov çıxışını davam etdirərək bildirib ki, Avropa Şurasında bəzi qüvvələrin anti-Azərbaycan mövqedən çıxış etməsinin, Azərbaycanı beynəlxalq aləmdə antidemokratik və insan hüquqlarını kobud şəkildə pozan bir ölkə kimi təqdim etməsinin, müxtəlif vasitələrlə ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq və Azərbaycana təzyiq göstərmək cəhdlərinin yalnız bir səbəbi vardır. Məqsəd 1 milyona yaxın azərbaycanlının hüquqlarının işğalçı Ermənistan tərəfindən kütləvi və kobud şəkildə pozulması, bu insanların 20 ilə yaxın müddət ərzində qaçqın və məcburi köçkün həyatı yaşaması, onların öz vətənlərinə qayıtmaq və təhlükəsiz yaşamaq hüquqlarının təmin edilməməsinin yaddan çıxarılmasına və beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmasına nail olmaqdan ibarətdir.
Millət vəkili əmin olduğunu bildirib ki, Andorranın xarici işlər naziri cənab Gilbert Saboyanın Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi dövründə qurumda hər hansı bir üzv dövlətə, o cümlədən Azərbaycana qarşı ayrıseçkiliyə son qoyulmasına nail olacaq, müzakirə edilən məsələlərdə obyektiv mövqe nümayiş etdirəcək, eyni zamanda təcavüzkar dövlətə qarşı beynəlxalq təşkilatların qətnamələrinin icrası üçün öz statusundan istifadə edəcəkdir.
Sonda Elxan Süleymanov Andorra tərəfinə Dağlıq Qarabağın və işğal edilmiş ərazilərimizin acınacaqlı vəziyyətinə dair müzakirələr təşkil etdiklərinə görə Azərbaycan xalqı adından dərin minnətdarlığını ifadə etmiş, ümidvar olduğunu bildirib ki, Andorra Baş Şurasında keçirilən bu dinləmələr Dağlıq Qarabağ və ətraf rayonların işğal edilməsi faktı ilə Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəkləyən obyektiv və ədalətli sənədin qəbul edilməsinə öz töhfəsini verəcəkdir.
Tədbirdə 2011-ci ildə “Euronews” telekanalı tərəfindən hazırlanmış “Dağlıq Qarabağ: məcburi köçürülmüş azərbaycanlılar, münaqişənin qurbanları…” adlı audio-vizual videoreportaj nümayiş etdirilib.
Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənov konfransın təşkilatçılarına Azərbaycan hökuməti adından təşəkkür edərək Azərbaycanın tarixi,  qaçqın və məcburi köçkünlərin vəziyyəti və problemləri barədə geniş məruzə edib.
İqtisadi İnkişaf Nazirinin müavini Sevinc Həsənova Azərbaycanın iqtisadi vəziyyəti barədə məlumat verib. O qeyd edib ki, XXI əsrin əvvəlində Azərbaycan regionda iqtisadi baxımdan dinamik inkişaf edən ölkəyə çevrilib
Azərbaycan millət vəkillərinin də iştirakı ilə konfrans iştirakçılarının çoxsaylı sualları ətrafında fikir mübadiləsi aparılib.
Millət vəkilləri qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısından danışmış və bununla belə onların öz döğma vətənlərinə qayıtmaq hüquqlarının təcili bərpa edilməsinin vacibliyini vurğulamışlar.
 Konfrans bu müzakirələrlə başa çatdırılib.
Andorraya səfər zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri həmçinin AndorranınBaş Şurasının prezidenti Vicenç Mateu Zamora, İqtisadiyyat və Ərazic Naziri Jordi Alcobé Font, Turizm və Ətraf Mühit Naziri Francesc Camp Torresin qəbulunda olublar. Azərbaycana qarşı erməni təcavüzü, Dağlıq Qarabağ və ətrafında olan vəziyyət,o cümlədən Azərbaycan və Andorra arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi və beynəlxalq enerji təhlükəsizliyinin aspektləri müzakirə edilən
mövzular arasında idi.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO