Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

AVCİYA bələdiyyə seçkiləri ilə bağlı ilkin rəyini açıqladı

Azərbaycanda bələdiyyə seçkiləri demokratik normalara uyğun, şəffaf və ədalətli keçirilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası (AVCİYA) seçki qərargahının dekabrın 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkilərinin müşahidəsinə dair ilkin rəyində qeyd olunub.

Bununla bağlı keçirdiyi mətbuat konfransında qərargahın sədri Məhərrəm Zülfüqarlı bildirib ki, AVCİYA bu ilin oktyabr ayından başlayaraq bələdiyyə seçkiləri ilə əlaqədar geniş fəaliyyət proqramı həyata keçirib. Assosiasiya namizədlərin irəli sürülməsi, onların MSK-ya müraciətləri, imza toplama kampaniyası, namizədlərin qeydə alınma proseduru, seçici siyahıları, seçki prosesi ilə bağlı qanun pozuntuları, seçki şikayətləri, seçki ilə bağlı qanunvericilik bazası, bələdiyyə seçkiləri ərəfəsində ölkədəki siyasi mühüt, MSK, DSK və MnSK-ların fəaliyyəti, təşviğat kampaniyasının monitorinqini həyata keçirərək 18 dekabr 2014-cü il tarixdə aralıq hesabatı ictimaiyyətə təqdim edib.

Onun sözlərinə görə, seçki günü 5 dəfə (saat 10.00, 12.00, 15.00, 17.00, 19.00) məntəqələrdəki səsvermənin vəziyyəti, müşahidə olunan qanun pozuntuları, seçici fəallığının vəziyyəti və s. barədə məlumatlar AVCİYA Seçki Qərargahında toplanaraq ümumiləşdirilib. Yekun hesabat isə 8 yanvar 2015 – ci il tarixinə kimi ictimaiyyətə təqdim ediləcək:

“AVCİYA-nın bələdiyyə seçkilərindəki müşahidəsinin nəticələri onu deməyə əsas verir ki, müşahidə aparılmış 400 məntəqədə seçiçi fəalliğı 39,7 % təşkil etmişdir. Seçki günü ölkə üzrə bir neçə məntəqədə bəzi çatışmazlıqlar müşahidəçilərimiz tərəfindən qeydə alınmışdı. Məsələn, ailə başçısının ailə üzvlərinin əvəzinə səs vermək cəhdi, müşahidəçilər üçün yerlərin əlverişli seçilməməsi, səsvermənim nəticələrinə dair protokolun surətinin müşahidəçilərə verilməsinin yubadılması və s. Bu faktlar barədə seçki administratsiyası nümayəndələrinə dərhal məlumat verilmiş və operativ müdaxilə nəticəsində qeyd olunan nöqsanlar aradan qaldırılmışdır.

Beləliklə, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası həyata keçirdiyi müşahidənin nəticələrinə əsaslanaraq Azərbaycan Respublikasında 23 dekabr 2014-cü il tarixdə keçirilmiş bələdiyyə seçkilərini baş tutmuş hesab edir. Seçkilər demokratik normalara uyğun, şəffaf və ədalətli keçirilmişdir”.

 

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO