Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Valter Stivens: “Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar çox yaxşı istiqamətdə davam edir”

“Biz bu səfərə böyük əhəmiyyət veririk. Fikrimcə, səfər yerinə düşəndir, çünki Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq gedir. Eyni zamanda, biz Şərq Tərəfdaşlığına, xüsusən də Azərbaycana əhəmiyyət veririk”.

APA-nın məlumatına görə, bunu Bakıda Avropa İttifaqıŞurasının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Valter Stivens prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

Aİ rəsmisi qeyd edib ki, hazırda yeni saziş üzrə danışıqlar gedir: “Danışıqların artıq bir neçə raundu keçirilib. Fikrimcə, onlar çox yaxşı istiqamətdə davam edir. Ümid edirik ki, yaxın zamanlarda danışıqlar başa çatacaq. 1996-cı il tarixli “Tərəfdaşlıq və Əməkdaşlıq haqqında” əvvəlki saziş üzərində də böyük iş gedir. Dağlıq Qarabağa gəldikdə, fikrimcə, siz Ermənistan prezidenti ilə Brüsseldə olduğunuz zaman prezident Tusk fikrini çox aydın şəkildə qeyd etdi. Biz çox istərdik ki, status-kvo deyil, siyasi nizamlanma tapılsın. Həmsədrləri bu baxımdan tam dəstəkləyirik”.

 

APA

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO