Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Azərbaycan istehsalı olan mina detektorları bütün güc strukturlarının istifadəsinə qəbul olunub

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) istehsalı olan mina detektorları bütün güc strukturlarının istifadəsinə qəbul olunub.

Yerli müəssisələrin birində istehsal olunan İMA-07 (Induction Mine Detector) markalı mina detektoru hazırda Müdafiə Nazirliyinin mühəndis-istehkam bölmələri ilə yanaşı, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunların istifadəsində yer alır.

 

İMA-07 keçmiş SSRİ müəssisələrində istehsal edilmiş PR-507 mina detektorunun təkmilləşdirilməsi nəticəsində yaradılıb. IMA-07 keyfiyyətinə və çəkisinə və nüfuzetmə qabiliyyətinə görə analoqundan üstündür. İMA-07 tərkibində minimum metal olan minaları aşkar etmək imkanına malikdir.

 

Detektor ölçüsündən asılı olaraq, böyük və geniş obyektləri 70 sm, kiçik obyektləri (məsələn, metal sikkələri) isə 20-25 sm dərinlikdə aşkar edə bilir. /apa/

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO