Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Azərbaycan Müdafiə Nazirliyi: “Bu, tipik və yalnız ermənilərə xas olan açıq-aydın həqiqəti inkaretmə variantıdır”

“Ermənistan Müdafiə Nazirliyinin “başbilən” təbliğatçıları növbəti dəfə düşdükləri xoşagəlməz və acınacaqlı vəziyyətdən çıxış yolunu tapmaq üçün həddindən çox fikirləşdilər”

 “Bu, tipik və yalnız ermənilərə xas olan açıq-aydın həqiqəti inkaretmə variantıdır”.

 Bu barədə Azərbaycan Müdafiə Nazirlyinin APA-nın sorğusuna cavabında bildirilir.

 “Ermənistan Müdafiə Nazirliyinin “başbilən” təbliğatçıları növbəti dəfə düşdükləri bu xoşagəlməz və acınacaqlı vəziyyətdən çıxış yolunu tapmaq üçün həddindən çox fikirləşdilər. Düşünüb-daşınıb tapdıqları, ağıllarına gələn isə yenə də erməniyə xas, gülüşə səbəb olan erməni yalanıdır. Hadisə ilə bağlı hər hansı əlavə şərh artıqdır və yersizdir”, – deyə nazirlikdən bildiriblər.

 Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi news.am saytına açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin ermənilərə məxsus PUA-nın vurulması xəbərini təkzib edib. O, Azərbaycanın öz PUA-nı vurduğunu söyləyib. /apa/

 

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO