Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Azərbaycan prezidenti Əfqanıstan və Avstriyanın yeni səfirlərinin etimadnamələrini qəbul edib

 Azərbaycan prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohammad Taqi Xalilinin etimadnaməsini qəbul edib.

Məlumata görə, prezident İ. Əliyev səfirlə söhbət edib.

Səfir M. Xalili Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qaninin salamlarını Azərbaycan prezidentinə çatdırıb. O, ölkəmizdəki diplomatik fəaliyyəti müddətində Azərbaycanla mövcud olan yüksək səviyyəli əlaqələrin daha da genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib.

Prezident İ. Əliyev isə Əfqanıstan prezidenti M. Qaninin bu yaxınlarda ölkəmizə səfərini məmnunluqla xatırlayıb. Dövlət başçısı səfər zamanı ölkələrimiz arasında gələcək əməkdaşlıq üçün əsas sahələrin müəyyənləşdirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığını deyib və bu əməkdaşlığın daha da genişləndiriləcəyinə ümidvar olduğunu bildirib.

İ. Əliyev M. Qaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Əfqanıstan dövlət başçısına çatdırmağı xahiş edib.

Prezident İlham Əliyev bu gün həmçinin Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfiri Aksel Vexin etimadnaməsini qəbul edib. Dövlət başçısı ilə söhbət zamanı səfir A. Vex yüksək səviyyəli qarşılıqlı səfərlərin, həmçinin ölkələrimizin müvafiq qurumları arasında sıx əlaqələrin mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı baza yaratdığını deyib. Avstriyalı diplomat ölkəsinin Azərbaycan ilə əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən enerji və turizm sahələrində genişləndirilməsində maraqlı olduğunu bildirib.

Prezident İlham Əliyev isə ikitərəfli əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunaraq Avstriya Prezidenti Haynts Fişerlə keçirdiyi görüşləri və apardığı səmərəli müzakirələri məmnunluqla xatırlayıb. Azərbaycanla Avstriya arasında əməkdaşlığın kənd təsərrüfatı, tikinti və informasiya-kommunikasiya texnologiyaları sahələrində genişləndirilməsi məsələlərinin qarşılıqlı maraq doğurduğunu qeyd edən dövlət başçısı Avstriya şirkətlərinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyini deyib. Prezident İlham Əliyevsəfir A. Vexin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirib. /apa/

 

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO