Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

“AZƏRBAYCAN XXI ƏSRDƏ. AZƏRBAYCAN VƏ ANDORRA ARASINDA ETIBARIN YARADILMASI” MÖVZUSUNDA KONFRANS

Milli Məclisin və Azərbaycan Hökumətinin üzvlərindən ibarət Azərbaycan nümayəndə heyəti 13-14 dekabr tarixlərində Andorra Knyazlığının paytaxtı Andorra La Vella şəhərində rəsmi səfərdə olub.
“İki sahil”in məlumatına görə, dekabrın 14-də Andorranın Ali qanunverici orqanı – Baş Şurasının binasında “Azərbaycan XXI əsrdə. Azərbaycan və Andorra arasında etibarın yaradılması” mövzusunda konfrans keçirilib.
Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və təşkilati dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, İqtisadi İnkişaf Nazirinin müavini Sevinc Həsənova, Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fərəc Quliyev, Zahid Oruc, Ceyhun Osmanlı və Ayaz Orucov, “Milli Məclis” jurnalının baş redaktoru Ülviyyə Abdullayeva və Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev iştirak ediblər.
Andorra Knyazlığı tərəfdən konfransda Andorra Parlamentinin üzvləri, Andorra hökumətinin və Ticarət Palatasının nümayəndələri, qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyətinin və ölkə mediasının təmsilçiləri iştirak ediblər. Andorraya səfər zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri həmçinin Andorranın Baş Şurasının prezidenti Vicenç Mateu Zamora, İqtisadiyyat və Ərazi Naziri Jordi Alcobé Font, Turizm və Ətraf Mühit Naziri Francesc Camp Torresin qəbulunda olublar. Azərbaycana qarşı erməni təcavüzü, Dağlıq Qarabağ və ətrafında olan vəziyyət, o cümlədən Azərbaycan və Andorra arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi və beynəlxalq enerji təhlükəsizliyinin aspektləri müzakirə edilən mövzular arasında olub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO