Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Azərbaycanda əlilliyə görə verilən əmək pensiyasının orta aylıq məbləği açıqlanıb

Dekabrın 1-ə Azərbaycan üzrə əlilliyə görə əmək pensiyası alanların pensiyalarının orta aylıq məbləği 149,2 manata çatıb.

 Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, 2006-cı ilin yanvarın 1-nə bu göstərici 32,3 manat olub.

 Məlumatda qeyd edilir ki, hazırda I qrup gözdən əlillərin pensiyalarının orta aylıq  məbləği 251,4 manat təşkil edir.

 

2006-cı ilin 1 yanvarından qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda əlillərin sosial müdafiəsi ilə bağlı mühüm müddəalar yer alıb. Qanunda əlilliyə görə əmək pensiyası növü xüsusilə fərqləndirilərək, bu kateqoriyadan olan vətəndaşlara xüsusi güzəştlər tətbiq edilib. Əlillərin ailə başçısını itirməyə görə əmək pensiyası hüquqlarının müəyyən edilməsində də bir sıra güzəştlər nəzərdə tutulub.

Əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin I qrup əlillərə 120%-i (I qrup gözdən əlillərə 200%-i) həcmində müəyyənləşdirilib.

 

Digər mühüm bir məqam əmək pensiyasının baza hissəsinə əlavələrlə bağlıdır. Qanunun 19-cu maddəsinə əsasən, öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və II qrup əlillərə ailənin əmək qabiliyyəti olmayan hər üzvü üçün yaşa görə əmək pensiyasının baza hissəsinə əlavələr hesablanır. Bu əlavələr 1 yanvar 2006-cı ilədək mövcud olmuş əvvəlki pensiya sistemi ilə təyin olunmuş əmək pensiyalarının da üzərinə yenidən hesablanıb.

 

Ötən dövr ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlillərin pensiyalarının vaxtında ödənilməsi təmin olunub.

 

Bu ilin oktyabrın 1-ə olan statistikaya əsasən, Azərbaycanda əmək pensiyası alan 1 288 680 nəfərin 28,2%-i (363,6 min nəfəri) əlilliyə görə əmək pensiyası alanlardır. Onlardan 6,8%-i (24,9 min nəfəri) I qrup, 85,7%-i (311,4 min nəfəri) II qrup, 7,5%-i (27,3 min nəfəri) III qrup əlillərdir. I qrup gözdən əlillərin sayı isə 7880 nəfər təşkil edir. Əlilliyə görə əmək pensiyası alan vətəndaşların 3,5%-i müharibə əlilləri, 95,5%-i ümumi səbəbdən əlillər, 1,0%-i isə dövlət qulluqçularıdır.

 

Qeyd edək ki, bu gün Beynəlxalq Əlillər günüdür.

/apa/

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO