Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Azərbaycanda narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb edilən şəxslərin sayı açıqlanıb

2014-cü il ərzində narkotiklərlə bağlı aşkar olunmuş faktlar üzrə 2408 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Bu barədə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin hesabatında qeyd olunub.

 Cinayət məsuliyyətinə cəlb olunanlardan 1-i 18 yaşadək, 210-u 18-25 yaşadək, 351-i 26-29 yaşadək, 1846-sı 30 yaş və ondan yuxarı, 24-ü fəhlə, 8-i qulluqçu, 1-i nəqliyyat işçisi, 1-i ali məktəb tələbəsi, 2179 işləməyənlər və oxumayanlar, 26-sı xarici ölkə vətəndaşları, o cümlədən 5-i MDB vətəndaşı, 57-si qadınlar, 2349-u kişilər, 752-si əvvəllər məhkum olunanlar, 24-ü isə əvvəllər qeydiyyatda olanlardır.

 Bunlarla yanaşı 96 nəfər inzibati qaydada məsuliyyətə cəlb edilib. Onlardan 57-si həbs, 34-ü cərimə və 6-sı xəbərdarlıq edilib. /apa/

 

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO