Xəbərlərin siyahısı: İyun 2008 illər » Insan Hüquqları üzrə İctmai Şura

Qafarlı Ənvər Rzaqulu oğlu- “İnsan Hüquqları üzrə İctimai Şura”nın sədri

Qafarlı Ənvər Rzaqulu oğlu- “İnsan Hüquqları üzrə İctimai Şura”nın sədriQafarlı Ənvər Rzaqulu oğlu 1937-ci il dekabrın 29-da anadan olmuşdur. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. Azərbaycanın Əməkdar jurnalistidir. Yüksək hökumət vəzifələrində çalışmışdır. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışmışdır. “Qızıl Qələm” mükafatı laureatıdır, insan hüquqlarına həsr edilmiş çoxsaylı məqalələrin müəllifidir.
1996-cı ilin noyabrında qondarma ittihamla həbs edilmiş, Azərbaycan Cinayət Məcəlləsinin 57-ci maddəsinə əsasən – “dövlət çevrilişinə cəhddə iştirak” adı ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. 2000-ci ildə mərhum prezident H.Əliyevin fərmanı ilə azadlığa buraxılmışdır. Siyasi məhbusdur, həbsdən azad olunduqdan sonra insan hüquqlarının müdafiəsinə qoşulmuş, bununla əlaqədar bir sıra layihələrin həyata keçirilməsində iştirak etmişdir.
“ İnsan Hüquqları XXI Əsr Azərbaycan” fondunun və “Siyasi Məhbus Problemləri üzrə Şura” İctimai Birliyinin təsisçilərindəndir. 2005-2008-ci illər ərzində “Siyasi Məhbus Problemləri üzrə Şura” İctimai Birliyinə rəhbərlik etmişdir. Hal-hazırda “İnsan Hüquqları üzrə İctimai Şura”nın sədridir.
Ailəlidir, dörd övladı var.

Oxunub: 1065 | Tarix: 30-06-2008, 15:35 | Bölmə: Haqqımızda » Əməkdaşlarımız | Ətraflı

Birləşmiş Ştatlar Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Birləşmiş Ştatlar Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdırBu fikri ABŞ Dövlət katibinin müavini Ədliyyə Nazirliyində görüşdə söyləmişdir.

Oxunub: 372 | Tarix: 30-06-2008, 15:25 | Bölmə: Xəbərlər » Siyasət | Ətraflı

Azərbaycan Prezidenti İlham Əliyev Devid Krameri qəbul etmişdir

Azərbaycan Prezidenti İlham Əliyev Devid Krameri qəbul etmişdirAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müavini Devid Krameri qəbul etmişdir.

Oxunub: 337 | Tarix: 30-06-2008, 15:23 | Bölmə: Xəbərlər » Siyasət | Ətraflı

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozubErmənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir.

Oxunub: 329 | Tarix: 30-06-2008, 15:15 | Bölmə: Xəbərlər » Dağlıq Qarabağ | Ətraflı

Murad Sadəddinov: “AŞPA monitorinq sistemi bu gün böhran dövründədir”

Murad Sadəddinov: “AŞPA monitorinq sistemi bu gün böhran dövründədir”Day.az-ın İnsan Hüquqları və Demokratiyanın Müdafiəsi Fondunun həmsədri Murad Sadəddinovla müsahibəsi

Oxunub: 369 | Tarix: 30-06-2008, 15:07 | Bölmə: Xəbərlər » Siyasət | Ətraflı

ATƏT-in Minsk Qrupunun həmsədrləri Xankəndinə səfər ediblər

ATƏT-in Minsk Qrupunun həmsədrləri Xankəndinə səfər ediblərDağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasye (Fransa) və Yuri Merzlyakov (Rusiya) dünən Yerevandan Xankəndinə gəliblər.

Oxunub: 344 | Tarix: 30-06-2008, 14:41 | Bölmə: Xəbərlər » Dağlıq Qarabağ | Ətraflı

Penitensiar sistemə nəzarət İctimai Komitəsinin üzvləri Qobustan həbsxanasına gedəcəklər

Penitensiar sistemə nəzarət İctimai Komitəsinin üzvləri Qobustan həbsxanasına gedəcəklərƏdliyyə Nazirliyi yanında penitensiar sistemə nəzarət İctimai Komitəsinin üzvləri yaxın zamanlarda Qobustan həbsxanasına gedəcəklər.

Oxunub: 384 | Tarix: 28-06-2008, 14:07 | Bölmə: Xəbərlər » Məhkəmə və Hüquq | Ətraflı

AŞ PA prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

 AŞ PA prezidentinin Azərbaycana səfər proqramı açıqlanıbAvropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Luis Mariya de Puç iyulun 1-3-də Azərbaycanda rəsmi səfərdə olacaq. APA-nın AŞ PA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində o, Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə, xarici işlər naziri Elmar Məmmədyarov və Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək.

Oxunub: 366 | Tarix: 28-06-2008, 14:03 | Bölmə: Xəbərlər » Siyasət | Ətraflı

Ermənistan Silahlı Qüvvələri Tərtər və Xocavənd istiqamətində atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri Tərtər və Xocavənd istiqamətində atəşkəsi pozubErmənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 27-də saat 21.22-dən 21.30-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.20-dən 21.40-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Oxunub: 288 | Tarix: 28-06-2008, 13:57 | Bölmə: Xəbərlər » Dağlıq Qarabağ | Ətraflı

Avropa Şurasına üzv ölkələrin baş prokurorları iyulun 2-3-də Sankt-Peterburqda görüşəcəklər

Avropa Şurasına üzv ölkələrin baş prokurorları iyulun 2-3-də Sankt-Peterburqda görüşəcəklərİyulun 2-3-də Sankt-Peterburqda Avropa Şurasına üzv ölkələrin baş prokurorlarının konfransı keçiriləcək.

Oxunub: 322 | Tarix: 28-06-2008, 13:53 | Bölmə: Xəbərlər » Məhkəmə və Hüquq | Ətraflı