Xəbərlərin siyahısı: Oktyabr 2008 illər » Insan Hüquqları üzrə İctmai Şura

Amnistiya Aktı məhbusların cəzalarının bir il azaldılmasını nəzərdə tutur

Amnistiya Aktı məhbusların cəzalarının bir il azaldılmasını nəzərdə tuturAzərbaycan parlamentinə təqdim olunan Amnistiya Aktı layihəsi bütün məhbusların cəzalarının çəkilməmiş hissəsinin bir il azaldılmasını nəzərdə tutur.

Oxunub: 359 | Tarix: 30-10-2008, 15:56 | Bölmə: Xəbərlər » Siyasət | Ətraflı

Azərbaycanın Zəngilan rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 15 il ötür

Azərbaycanın Zəngilan rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 15 il ötürAPA-nın məlumatına görə, Avropanın ən böyük çinar meşələrinin yerləşdiyi, molibden, qızıl, qranit və digər yeraltı ehtiyatlarla zəngin olan, mühüm strateji əhəmiyyətə malik Zəngilan rayonu ermənilər tərəfindən 1993-cü il oktyabrın 29-da işğal olunub.

Oxunub: 373 | Tarix: 30-10-2008, 15:45 | Bölmə: Xəbərlər » Dağlıq Qarabağ | Ətraflı

Azərbaycanda bu il ərzində insan alveri ilə bağlı 342 cinayət aşkarlanıb

Azərbaycanda bu il ərzində insan alveri ilə bağlı 342 cinayət aşkarlanıb“Azərbaycanda bu ilin ötən dövründə insan alveri ilə bağlı 342 cinayət aşkarlanıb.
Bu 2007-ci illə müqayisədə 119 fakt çoxdur. Onlardan 68-i Cinayət Məcəlləsinin insan alveri maddəsi üzrə olub. Törətdikləri hüquqa zidd əməllərə görə 315 şəxs cinayət məsuliyyətinə cəlb edilib”.

Oxunub: 307 | Tarix: 30-10-2008, 15:40 | Bölmə: Xəbərlər » Məhkəmə və Hüquq | Ətraflı

Mətbuat Şurası prezident İlham Əliyevə müraciət etdi

Mətbuat Şurası prezident İlham Əliyevə müraciət etdiMətbuat Şurası prezident İlham Əliyevə həbsdəki jurnalistlərin əfvi ilə bağlı müraciət ünvanlayıb. Müraciətdə göstərilir ki, ölkədə son 5 ildə həyata keçirilən tədbirlərin, insan amilinə, vətəndaş cəmiyyəti quruculuğuna istiqamətlənən əməli işlərin kütləvi informasiya vasitələrini və jurnalistləri də əhatə etməsi diqqəti çəkən cəhətlər sırasındadır.

Oxunub: 321 | Tarix: 30-10-2008, 15:36 | Bölmə: Xəbərlər » Siyasət | Ətraflı

Təyinatla işə çıxan vəkillər dövlət ittihamçısının maraqlarını müdafiə edir

Təyinatla işə çıxan vəkillər dövlət ittihamçısının maraqlarını müdafiə edirAzərbaycan Konstitusiyasında hər kəsin keyfiyyətli hüquqi yardım almaq hüququ nəzərdə tutulub. (Maddə 61). Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Qanuna görə, dövlət hesabına hüquqi yardım imkansız şəxslərə, aztəminatlı vətəndaşlara göstərilməlidir.

Oxunub: 309 | Tarix: 30-10-2008, 15:24 | Bölmə: Xəbərlər » Məhkəmə və Hüquq | Ətraflı

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutubMüdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Oxunub: 317 | Tarix: 30-10-2008, 15:20 | Bölmə: Xəbərlər » Dağlıq Qarabağ | Ətraflı

“Həbsdəki dörd jurnalist buraxılmalıdır”

“Həbsdəki dörd jurnalist buraxılmalıdır”“Sərhədsiz reportyorlar” beynəlxalq mətbuat azadlığını müdafiə təşkilatının yeni baş katibi Jan Fransua Juyar “Turan”a eksklüziv müsahibəsində Azərbaycanda söz və mətbuat azadlığının vəziyyətini qiymətləndirib. Juyar prezident seçkiləri ərəfəsində “Sərhədsiz reportyorlar”ın Azərbaycanda keçirdiyi mətbuatın monitorinqinin nəticələri barədə danışıb.

Oxunub: 319 | Tarix: 29-10-2008, 14:03 | Bölmə: Xəbərlər » Siyasət | Ətraflı

Qadınlara qarşı zorakılıq Əfqanıstanda insan haqlarının pozulmasına ən bariz nümunədir

Qadınlara qarşı zorakılıq Əfqanıstanda insan haqlarının pozulmasına ən bariz nümunədirEkspertlərin fikrincə, Əfqanıstanda qadınlara qarşı zorakılıq hallarının artması insan haqlarının pozulmasına ən bariz nümunədir. Cəmiyyətdə ənənəçiliyin güclü olması və əhali arasında maarifləndirmə işlərinin zəif olması bunun əsas səbəblərindəndir.

Oxunub: 336 | Tarix: 29-10-2008, 13:56 | Bölmə: Xəbərlər » Xarici xəbərlər | Ətraflı

İnsan alverində təqsirləndirilən qadın Türkiyədən Bakıya qayıdarkən tutulub

İnsan alverində təqsirləndirilən qadın Türkiyədən Bakıya qayıdarkən tutulubBakıda insan alveri ilə məşğul olmaqda təqsirləndirilən qadın həbs edilib. Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Qazax rayon sakini, 1964-cü il təvəllüdlü Münəvvər İsgəndər qızı Əhmədova Cinayət Məcəlləsinin 144-cü ( adam oğurluğu) və 243-cü (fahişəliyə cəlb etmə) maddələri ilə 1 il axtarışda olub.

Oxunub: 346 | Tarix: 29-10-2008, 13:47 | Bölmə: Xəbərlər » Məhkəmə və Hüquq | Ətraflı

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozubMüdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Oxunub: 292 | Tarix: 29-10-2008, 13:44 | Bölmə: Xəbərlər » Dağlıq Qarabağ | Ətraflı