Xəbərlərin siyahısı: Oktyabr 2012 illər » Insan Hüquqları üzrə İctmai Şura

Avropa Parlamentinin siyasi məsləhətçiləri partiya rəhbərləri ilə görüşəcək

Avronest PA-da Azərbaycan nümayəndə heyətinin təşəbbüsü və dəvəti ilə Avropa Parlamentinin siyasi məsləhətçilərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq.

Oxunub: 321 | Tarix: 31-10-2012, 11:31 | Bölmə: --- | Ətraflı

Avropa Parlamentinin nümayəndələri Azərbaycanda məsləhətləşmələr aparacaqlar

Avropa Parlamentinin siyasi məsləhətçilərindən ibarət nümayəndə heyəti oktyabrın 31-dən noyabrın 3-dək Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə çərşənbə axşamı Avronest PA-da Azərbaycan nümayəndə heyətindən bildirilib.

Oxunub: 311 | Tarix: 31-10-2012, 11:31 | Bölmə: --- | Ətraflı

Avropa Parlamentinin siyasi məsləhətçilərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək

Avronest Paprlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü və dəvəti ilə Avropa Parlamentinin siyasi məsləhətçilərindən ibarət nümayəndə heyəti oktyabrın 31-dən noyabrın 3-dək Azərbaycanda səfərdə olacaq.

Oxunub: 318 | Tarix: 31-10-2012, 11:30 | Bölmə: --- | Ətraflı

ATƏT Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirəcək

Qoşunların təmas xəttində monitorinq keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 23-də Azərbaycan Respublikasının Goranboy rayonunun Borsunlu kəndinin cənub istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Xristo Xristov və şəxsi köməkçi Uilyam Prayor keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və səhra köməkçisi Jiri Aberle keçirəcəklər. /Trend/

Oxunub: 315 | Tarix: 22-10-2012, 11:28 | Bölmə: Xəbərlər » Dağlıq Qarabağ | Ətraflı

“Strasburqda demokratiya ölüb”

AŞPA-da hüquq və insan haqları komitəsinin üzvü Elxan Süleymanovun bir neçə gün bundan əvvəl Avropa Şurasının baş katibi Turbyern Yaqlanda, Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan-Klod Minyona və AŞPA-nın üzvlərinə göndərdiyi məktub dünya mediasında maraqla qarşılanıb. Azərbaycan qanunvericisinin almaniyalı deputat Kristof Ştrasserin hazırladığı və 3 oktyabr 2012-ci ildə AŞPA-nın plenar sessiyasında qəbul edilmiş “Siyasi məhbusların müəyyənləşdirilməsi” adlı məruzə ...

Oxunub: 338 | Tarix: 18-10-2012, 14:09 | Bölmə: --- | Ətraflı

Venesiya Komissiyasına təqdim olunan qanunun tərcüməsindəki təhriflər nəticəsində formalaşıb

Əli Həsənov: “Düşünürük ki, bu rəy Venesiya Komissiyasına təqdim olunan qanunun tərcüməsindəki təhriflər nəticəsində formalaşıb”

Bakı. Viktoriya Dementyeva – APA. “Azərbaycanın dini etiqad azadlığı haqqında qəbul etdiyi qanun Avropa standartlarına uyğundur”.

Bunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Venesiya Komissiyasının “Dini etiqad azadlığı haqqında” qanuna verdiyi rəylə bağlı APA-nın sualına cavab olaraq deyib: “Düşünürük ki, bu rəy Venesiya Komissiyasının ayrı-ayrı nümayəndələrinə təqdim olunan qanunun tərcüməsində baş verən təhriflər nəticəsində formalaşıb. Bundan irəli gələn müəyyən terminologiyalar və müəyyən formullar düzgün tərcümə olunmadığına görə müəyyən anlaşılmazlıq yaradır. Bununla bağlı biz Venesiya Komissiyasına lazımı arayış hazırlamışıq. Düşünürük ki, bu qanun bütün Avropa standartlarına uyğundur. Çünki qanun çərçivəsində Azərbaycanın bütün dini icmaları tam azad və sərbəst fəaliyyət göstərir, heç kim narazılıq etməyib”.

Oxunub: 320 | Tarix: 18-10-2012, 12:23 | Bölmə: --- | Ətraflı

Venesiya Komissiyası Azərbaycanın “Dini etiqad azadlığı haqqında” qanununa rəy verib

Venesiya Komissiyası Azərbaycanın “Dini etiqad azadlığı haqqında” qanununa rəy veribBakı. Fuad Qulubəyli-APA. Avropa Şurası Venesiya Komissiyası Azərbaycanın “Dini etiqad azadlığı haqqında” qanununa rəy verib.

Oxunub: 354 | Tarix: 15-10-2012, 11:58 | Bölmə: --- | Ətraflı

SİYASİ MƏHBUS MƏSƏLƏSİNDƏ YENİ İKİTİRƏLİK

SİYASİ MƏHBUS MƏSƏLƏSİNDƏ YENİ İKİTİRƏLİKSəməd Seyidov AŞ PA-nı siyasi məhbus anlayışına görə ikili standartda suçladı
Avropa Şurasının son sessiyasından ciddi zərbə alan Azərbaycan iqtidarı indi yenidən beynəlxalq qurumların Azərbaycana ikili standartlarla yanaşması məsələsini gündəmə gətirib. AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov...

Oxunub: 360 | Tarix: 10-10-2012, 11:57 | Bölmə: --- | Ətraflı

Azərbaycan Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiyası”na Əlavə Protokolunu imzalayıb

Azərbaycan Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiyası”na Əlavə Protokolunu imzalayıbStrasburq. Fuad Qulubəyli-APA. Bu gün Azərbaycanın baş prokuroru Zakir Qaralov Strasburqda Avropa Şurasının mənzil qərargahında Təşkilatın “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiya”sına Əlavə Protokolun müvafiq bəyanatla imzalanması mərasimində iştirak edib.

Oxunub: 320 | Tarix: 10-10-2012, 11:30 | Bölmə: --- | Ətraflı

Almaniyanın hakimiyyətdə olan partiyalarının gənclər təşkilatı Dağlıq Qarabağla bağlı sənəd qəbul edib

Almaniyanın hakimiyyətdə olan partiyalarının gənclər təşkilatı Dağlıq Qarabağla bağlı sənəd qəbul edibSənəddə Azərbaycan ərazilərinin işğaldan azad edilməsi tələb olunur

Bakı – APA. Almaniyanın hakimiyyətdə olan Xristian Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı...

Oxunub: 352 | Tarix: 10-10-2012, 11:26 | Bölmə: --- | Ətraflı