Xəbərlərin siyahısı: Dekabr 2012 illər » Insan Hüquqları üzrə İctmai Şura

Dağlıq Qarabağ ərazisində məscidlərin, tarixi abidələrin dağıdılması qəbuledilməzdir

Dağlıq Qarabağ ərazisində məscidlərin, tarixi abidələrin dağıdılması qəbuledilməzdirDağlıq Qarabağ ərazisində məscidlərin, tarixi abidələrin dağıdılması qəbuledilməzdir. Trend-in məlumatına görə, bu barədə Azərbaycanda səfərdə olan İran Prezidentinin müşaviri, İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Məhəmməd Baqir Xürrəmşad keçirdiyi mətbuat konfransında deyib. "Dünyanın harasında baş verməsindən asılı olmayaraq, biz belə hərəkətləri pisləyirik. Tarixi abidələrə hörmətlə yanaşılmalıdır", - müşavir bildirib.

Oxunub: 398 | Tarix: 25-12-2012, 14:44 | Bölmə: --- | Ətraflı

Robert Bradtke ATƏT-in Minsk qrupunun həmsədri vəzifəni tərk edir - KİV

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Robert Bradtke yaxın vaxtlarda tutduğu vəzifəni tərk edəcək. Trend-in məlumatına görə, bu barədə Ermənistanın News.am saytı diplomatik dairələrdəki məlumatlı mənbəyə istinadən xəbər verib. Robert Bradtke ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsinə 2009-cu ilin payızında təyin olunub və bu postda Metyu Brayzanı əvəz edib.

Oxunub: 421 | Tarix: 25-12-2012, 14:41 | Bölmə: --- | Ətraflı

“Dağlıq Qarabağ probleminin həll edilməməsinin başlıca səbəblərindən biri Minsk Qrupunun nəticəsiz fəaliyyətidir”

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev dekabrın 24-də Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxini qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı bölgədə hərbi-siyasi vəziyyət və hərbi-texniki əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

Oxunub: 366 | Tarix: 25-12-2012, 14:40 | Bölmə: --- | Ətraflı

Deputat Elxan Süleymanov AŞPA-da Azərbaycandan danışdı

Deputat Elxan Süleymanov AŞPA-da Azərbaycandan danışdı12 dekabr 2012-ci ildə Parisdə AŞPA-nın Monitorinq Komitəsinin iclasında “Azərbaycan tərəfindən öhdəlik və vəzifələrin icrası”na dair məruzə müzakirə edildi, ona düzəliş edildi və qəbul olundu. Bu ikiillik məruzə çox böyük əhəmiyyət kəsb edir, belə ki, bu, bütün gənc demokratiyalara – Avropa Şurasına üzv dövlətlərə təqdim edilən və ölkənin demokratiya və insan hüquqları sahəsində əldə etdiyi irəliləyişləri qiymətləndirən əsas AŞPA sənədidir. Rəsmi dərc edilən bu sənədə bütün aidiyyəti beynəlxalq qurumlar və qeyri-hökumət təşkilatları tərəfindən istinad edilir.

Oxunub: 475 | Tarix: 20-12-2012, 11:16 | Bölmə: --- | Ətraflı

Andorra və Azərbaycan əlaqələri gücləndiriləcək

Andorranın Avropa Şurasına Prezidentliyi dövründə Andorra və Azərbaycan əlaqələri gücləndiriləcək.
 “Azadinform” xəbər verir ki, Andorra Baş Şurasında “21-ci əsrdə Azərbaycan” başlıqlı konfransda Andorra Parlamentinin spikeri Vicenç Mateu vurğulayıb ki, Azərbaycan və Andorra kiçik ölkələr ola bilərlər, lakin beynəlxalq aləmdə söz demək  hüququna malikdirlər: “Hər iki ölkə çox...

Oxunub: 372 | Tarix: 20-12-2012, 11:15 | Bölmə: --- | Ətraflı

Andorrada Azərbaycanla bağlı konfrans keçirildi

Milli Məclisinin və Azərbaycan Hökumətinin üzvlərindən ibarət Azərbaycan nümayəndə heyəti 13-14 dekabr tarixlərində Andorra Knyazlığının paytaxtı Andorra La Vella şəhərində rəsmi səfərdə olub.
Bu haqda məlumatı Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanovun  qərargahı yayıb.

Oxunub: 376 | Tarix: 20-12-2012, 11:15 | Bölmə: --- | Ətraflı

“AZƏRBAYCAN XXI ƏSRDƏ. AZƏRBAYCAN VƏ ANDORRA ARASINDA ETIBARIN YARADILMASI” MÖVZUSUNDA KONFRANS

Milli Məclisin və Azərbaycan Hökumətinin üzvlərindən ibarət Azərbaycan nümayəndə heyəti 13-14 dekabr tarixlərində Andorra Knyazlığının paytaxtı Andorra La Vella şəhərində rəsmi səfərdə olub.
“İki sahil”in məlumatına görə, dekabrın 14-də Andorranın Ali qanunverici orqanı - Baş Şurasının binasında “Azərbaycan XXI əsrdə. Azərbaycan və Andorra arasında etibarın yaradılması” mövzusunda konfrans keçirilib.

Oxunub: 434 | Tarix: 20-12-2012, 11:14 | Bölmə: --- | Ətraflı

AŞPA Monitorinq Komitəsi Azərbaycanla bağlı hesabatın son variantını təsdiqləyib

Azərbaycan tərəfinin təklifi ilə sənədin üçüncü bəndinə əlavə edilib
 
Paris. Fuad Qulubəyli-APA. Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin bu gün Parisdə keçirilən iclasında Azərbaycan üzrə həmməruzəçilər Jozef Debono Qrex və Pedro Aqramuntun Azərbaycana etdikləri son səfərlərinin nəticələrinə dair məruzələri, Azərbaycan...

Oxunub: 392 | Tarix: 20-12-2012, 11:14 | Bölmə: --- | Ətraflı

“MDB Müdafiə Nazirləri Şurasının iclasında Azərbaycan yalnız bir sənədə imza atıb”

Rusiya paytaxtında Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə rusiyalı həmkarı ordu generalı Sergey Şoyqu arasında ikitərəfli görüş keçirilib. Görüş zamanı Azərbaycan-Rusiya hərbi əməkdaşlığı və Qəbələ RLS-lə bağlı məsələlər müzakirə olunub. Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Müdafiə Nazirliyindəki mənbə bildirib. Mənbənin sözlərinə görə, görüş zamanı Azərbaycan və Rusiya müdafiə nazirləri növbəti 1 il üçün hərbi əməkdaşlıq planı haqqında sənədə imza atıblar.

Oxunub: 313 | Tarix: 14-12-2012, 16:57 | Bölmə: Xəbərlər » Siyasət | Ətraflı

Madriddə Qarabağ qətnaməsi qəbul olunacaq

Xəbər verildiyi kimi, noyabrın 22-də Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Elxan Süleymanovun təşəbbüsü və təşkilati dəstəyi ilə İspaniya Senatında Azərbaycan ilə İspaniya arasında tərəfdaşlığın genişləndirilməsinə, habelə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinə həsr edilmiş "Azərbaycan bu gün Avropadadır. Azərbaycan ilə İspaniya arasında etimadın tənzimlənməsi" mövzusunda konfrans keçirilib.

Oxunub: 387 | Tarix: 5-12-2012, 11:52 | Bölmə: --- | Ətraflı