Əməkdaşlarımız » Insan Hüquqları üzrə İctmai Şura

Qafarlı Ənvər Rzaqulu oğlu- “İnsan Hüquqları üzrə İctimai Şura”nın sədri

Qafarlı Ənvər Rzaqulu oğlu- “İnsan Hüquqları üzrə İctimai Şura”nın sədriQafarlı Ənvər Rzaqulu oğlu 1937-ci il dekabrın 29-da anadan olmuşdur. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. Azərbaycanın Əməkdar jurnalistidir. Yüksək hökumət vəzifələrində çalışmışdır. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışmışdır. “Qızıl Qələm” mükafatı laureatıdır, insan hüquqlarına həsr edilmiş çoxsaylı məqalələrin müəllifidir.
1996-cı ilin noyabrında qondarma ittihamla həbs edilmiş, Azərbaycan Cinayət Məcəlləsinin 57-ci maddəsinə əsasən – “dövlət çevrilişinə cəhddə iştirak” adı ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. 2000-ci ildə mərhum prezident H.Əliyevin fərmanı ilə azadlığa buraxılmışdır. Siyasi məhbusdur, həbsdən azad olunduqdan sonra insan hüquqlarının müdafiəsinə qoşulmuş, bununla əlaqədar bir sıra layihələrin həyata keçirilməsində iştirak etmişdir.
“ İnsan Hüquqları XXI Əsr Azərbaycan” fondunun və “Siyasi Məhbus Problemləri üzrə Şura” İctimai Birliyinin təsisçilərindəndir. 2005-2008-ci illər ərzində “Siyasi Məhbus Problemləri üzrə Şura” İctimai Birliyinə rəhbərlik etmişdir. Hal-hazırda “İnsan Hüquqları üzrə İctimai Şura”nın sədridir.
Ailəlidir, dörd övladı var.

Oxunub: 1065 | Tarix: 30-06-2008, 15:35 | Bölmə: Haqqımızda » Əməkdaşlarımız | Ətraflı