Almaniya XİN: AŞ-nın monitorinq institutlarının Dağlıq Qarabağ və Azərbaycanın 7 ətraf rayonuna girişi təmin edilməlidir » Insan Hüquqları üzrə İctmai Şura

Almaniya XİN: AŞ-nın monitorinq institutlarının Dağlıq Qarabağ və Azərbaycanın 7 ətraf rayonuna girişi təmin edilməlidir

Almaniya XİN: AŞ-nın monitorinq institutlarının Dağlıq Qarabağ və Azərbaycanın 7 ətraf rayonuna girişi təmin edilməlidir

Avropa Şurasının monitorinq institutlarının Dağlıq Qarabağa və Azərbaycanın 7 ətraf rayonuna maneəsiz girişinin təmin olunmasının vaxtı çatıb.

 

APA-nın "Ukrinform"a istinadən verdiyi məlumata görə, bu sözləri Almaniyanın Xarici İşlər Nazirliyinin dövlət naziri Mixael Rot AŞ Nazirlər Komitəsinin Kiprdə keçirilən 127-ci sessiyasında çıxışı zamanı deyib.

 

O çıxışında eyni vəziyyətin Abxaziya və Cənubi Osetiya, Denstryanı, həmçinin Krıma aid olduğunu da bildirib: “Rusiya tərəfindən ilhaq olunmuş Krımda, həmçinin Şərqi Ukraynada separatçıların nəzarətində olan ərazilərdə insan haqlarının vəziyyəti böyük narahatlıq yaradır. AŞ-nın insan haqları üzrə səlahiyyətlisinin və digər monitorinq institutlarının bu regionlara maneəsiz girişinin təmin olunmasının vaxtı çatıb”.

 

O, AŞ-nin baş katibi Tyorbörn Yaqlandı bu istiqmətdə qətiyyətli şəkildə öz səylərini davam etdirməyə çağırıb.

 

Apa.az

Oxunub: 89 | Tarix: 20-05-2017, 03:18 | Bölmə: Xəbərlər