Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti başlayıb - FOTO » Insan Hüquqları üzrə İctmai Şura

Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti başlayıb - FOTO

Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti başlayıb - FOTODövlət başçıları Xəzərin hüquqi statusu və təhlükəsizlik məsələlərini müzakirə edəcəklər

 Rusiya Federasiyasının Həştərxan şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının IV sammiti başlayıb. Rusiya bürosunun məlumatına görə, sammitdə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov və İran prezidenti Həsən Ruhani iştirak edirlər.

 Toplantıda Xəzərin hüquqi statusu ilə bağlı məsələlər və regionun təhlükəsizliyi müzakirə olunacaq.

 Rusiya prezidentinin köməkçisi Yuri Uşakov daha öncə bildirmişdi ki, sammitdə Xəzərin hüquqi statusu haqqında siyasi bəyanat qəbul ediləcək və bir sıra razılaşmalar imzalanacaq. O qeyd edib ki, bəyanatda akvatoriyanın delimitasiyası üzrə razılaşdırılmış müddəaları əks etdirmək mümkün olub.  /apa/

 

Oxunub: 160 | Tarix: 29-09-2014, 15:57 | Bölmə: Xəbərlər » Xarici xəbərlər