Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Azərbaycan AŞ PA-da yenə tənqid edildi

Azərbaycan AŞ PA-da yenə tənqid edildiAndres Herkel Daimi Komitənin iclasında insan haqları və mətbuat azadlığının vəziyyətinə görə hakimiyyəti günahlandırıb.
AŞ PA-nın Madriddə keçirilən Daimi Komitəsinin iclasında Azərbaycanda keçirilən son prezident seçkilərinin nəticələri müzakirə olunub. Diplomatik mənbələrdən «Bizim Yol»a daxil olan məlumatda bildirilir ki, Daimi Komitə üzvlərinin apardığı əsas müzakirə AŞ PA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkelin hazırladığı hesabat ətrafında olub.
İclasda çıxış edən Herkel Azərbaycandakı seçkilərlə bağlı fikirlərini səsləndirib. Onun sözlərinə görə, texniki cəhətdən yaxşı təşkil olunan seçkidə ölkənin aparıcı müxalifət partiyaları iştirak etməyib.
Çıxışının sonunda Herkel Azərbaycanda söz və mətbuat azadlğı məsələsi üzərində də dayanıb. O, üç jurnalistin hələ də həbsdə saxlandığını deyərək, Azərbaycan hakimiyyətinin mətbuat azadlığı ilə bağlı öhdəliyini xatırladıb. O, öz çıxışında hökumətin xarici radiostansiyaların yayımına törətmək istədiyi əngəldən də danışıb.
/Bizimyol.az/

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO