Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Azərbaycanda “İnsan Hüquqları üzrə İctimai Şura” nın gələcək fəaliyyət istiqamətlərinin qısa xülasəsi

Azərbaycanda “İnsan Hüquqları üzrə İctimai Şura” nın gələcək fəaliyyət istiqamətlərinin qısa xülasəsiİşçi qrupunun ümumi məqsədi:

İnsan hüquqları üzrə beynəlxalq standartların ölkənin bugünkü reallıqları şəraitində Şuranın qəbul etdiyi sənədlərin işlənib hazırlanması yolu ilə Azərbaycan mühitinə uyğunlaşması və tətbiq olunmasına yardımçı olmaq; dövlət orqanlarına dair göstərişlərin hazırlanması; dövlət orqanlarının insan hüquqlarının müdafiəsi sahəsində rolunun artırılmasına yardımçı olan konkret layihələrin işlənib hazırlanması, həyata keçirilməsi və monitorinqi.

Şuranın fəaliyyətinin əsas istiqamətləri:

I. Ədalət Məhkəmələrinin müstəqilliyi və qanunun aliliyi

A) məhkəmələrə sərbəst daxil olma

B) hakimlərin maarifləndirilməsi

1.Hüquq-mühafizə orqanlarında, xüsusilə polis və cəzaçəkmə müəssisələrində islahatların aparılması

a) Polis işçilərinin maarifləndirilməsi

b) Həbsxana işçilərinin maarifləndirilməsi

2. Hüquq-mühafizə orqanları (məhkəmə, polis, ibtidai istintaq və həbsxanalar) üzərində vətəndaş nəzarətinin həyata keçirilməsi

3. Siyasi məhbus kriteriyaları barədə Beynəlxalq Konvensiya layihəsinin işlənib hazırlanması və onun qəbulu məqsədilə beynəlxalq təşkilatlarda lobbiçilik fəaliyyətinin həyata keçirilməsi

4. Dövlət orqanları tərəfindən hüquqlarının pozulması ilə bağlı Şuraya müraciət edən ayrı-ayrı vətəndaşlara hüquqi yardım göstərilməsi və onların müdafiəsi

5. Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində mövcud qanunvericiliyə aşağıdakı sahələr üzrə dəyişikliklər edilməsi ilə bağlı təkliflərin verilməsi:

a) Seçkilər

b) Fikir və informasiya almaq azadlığı

v) Məhkəmələrə sərbəst daxilolma / pulsuz hüquqi yardım

q) Sərbəst toplaşma azadlığı

d) Korrupsiya ilə mübarizə

Şuranın üzvlərindən ibarət olmaqla hər bir sahə üzrə aşağıdakı tərkibdə xüsusi işçi qrupları formalaşdırılacaqdır: 1-3 nəfər dövlət orqanlarının nümayəndələri; 1-2 nəfər ölkə QHT-lərinin nümayəndələri; 1-2 nəfər beynəlxalq ekspert.

İctimai Şuranın qərarı ilə (işçi qrupunun təklifləri əsasında) bu qruplar əlavə olaraq daha bir neçə beynəlxalq ekspert cəlb edə bilərlər.

Hər bir işçi qrupunda bir nəfər dövlət orqanı nümayəndəsi və bir nəfər beynəlxalq ekspert qrupun həmsədri olmaqla yanaşı, eyni zamanda Şura qarşısında öz qrupunun məruzəçisi vəzifəsini daşıyır.

Şuranın 2008-ci ilin sonunadək həyata keçirməli olduğu əsas vəzifələr:

1. İctimai Şuranın fəaliyyəti və əsas fəaliyyət istiqamətinin razılaşdırılması.

2. İşçi qruplarının təşkil olunması, Sədr və üzvlərinin təyini.

3. Hər bir qrup öz sahəsi üzrə Azərbaycandakı cari vəziyyətin ətraflı təhlilini hazırlamalıdır. Həmin təhlil aşağıdakı məsələləri əhatə etməlidir : hüquqi çərçivələr, həyata keçirilmə mexanizmi, AŞ və AB-nin növbəti 2-3 il üçün verdiyi tövsiyyələrin yerinə yetirilməsi üzrə iş planında fərqlərin qiymətləndirilməsi ( dövlət orqanlarının görməli olduğu işlər və konkret problemlərin həlli üçün vacib olan spesifik xüsusiyyətlər).

4. Həmin analitik sənədlərin İctimai Şurada müzakirəsi və qəbulu. Görüləcək işlərin dövlət orqanları ilə siyasi cəhətdən razılaşdırılması və dəstəklənməsi.

5. Seçki prosesinin, xüsusilə Prezident seçkilərinin monitorinqi.

6. Analitik sənədlərin və görüləcək işlərin planının beynəlxalq dəstək qazanması və maliyyələşdirmə mexanizminin işlənib hazırlanması məqsədi ilə geniş ictimaiyyətə çatdırılması üçün müxtəlif vacib sahələr üzrə Beynəlxalq Konfransların keçirilməsi.

7. Siyasət üzrə sənədlərin hazırlanması işini yekunlaşdırmaq ( təhlil və iş planı). Beynəlxalq donor təşkilatlarına təqdim etmək üçün maliyyə yardımı ilə bağlı proyektlərin hazırlanması

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO