Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Bakı Bəyannaməsi

Bakı Bəyannaməsi“Azərbaycanda Siyasi Hüquqların Müdafiəsi – Yeni meyarlar” adlı Beynəlxalq konfransda qəbul edilmiş Bakı Bəyannaməsi

Bakı, 7-8 Aprel, 2008

Oktyabr, 2008 – ci ildə keçiriləcək Prezident seçkiləri öncəsi siyasi hüquqların müdafiəsi və Azərbaycanda qanunun aliliyi haqqında açıq və səmərəli müzakirələr KEÇİRİLƏRƏK;

Demokratik dəyərlər və qanunun aliliyinin qəbul edilməsinin on illər tələb edən sosial, siyasi və mədəni dəyişikliklər kimi mürəkkəb və uzun müddətli proses olduğunu DƏRK EDƏRƏK;

Qanunun aliliyinə əsaslanan siyasi azadlıqların Konstitusional demokratiyanın əsas sütunları olduğunu və onların məsul rəhbərliklər və orqanlar tərəfindən beynəlxalq insan hüquqları normalarına uyğun olaraq effektiv həyata keçirilməli olduğunu NƏZƏRƏ ALARAQ;

Fikir azadlığı, sərbəst toplaşmaq və birləşmək azadlığı, azad və ədalətli seçkilərin keçirilməsinin əsas siyasi azadlıqların dayaq sütunları və hər hansı bir cəmiyyət üçün zəruri əhəmiyyətə malik olduğuna İNANARAQ;

İnsan hüquqlarının müdafiəsi sahəsində olan Dövlət rəhbərliklərinə həm nəzarətçi, həm də əvəzedilməz tərəfdaş olub, Siyasi Azadlıqların Qorunması və Qanunun Aliliyinə Dəstək üçün inkişaf etmiş Vətəndaş Cəmiyyətinin əhəmiyyətli rolunu TANIYARAQ;

Azərbaycanın iqtisadi, siyasi, və digər sahələrdə Avropa tələblərinə və standartlarına bütövlükdə cavab verməsi və bu vəzifənin yerinə yetirilməsi üçün Azərbaycanda bütün şəraitin mövcudluğunu VURĞULAYARAQ;

İnsan azadlıqlarının müdafiəsi və vətandaş cəmiyyətinin inkişafı da daxil olmaqla, demokratik institutların yaradılması və gələlcəkdə daha da inkişaf etdirilməsi ilə bağlı Azərbaycan rəhbərliyinin təşəbbüslərini ALQIŞLAYARAQ;

Qəbul olunmuş normalarla onların praktikada həyata keçirilməsi arasında boşluğun mövcud olduğunu bilərəkdən, beynəlxalq insan hüquqları normalarının tam və effektiv təsbitinin çətinliyini NƏZƏZRƏ ALARAQ;

Konfransda aşağıdakı qərar qəbul edilmişdir:

Müxtəlif beynəlxalq təşkilatlar tərəfindən təqdim edilən siyasi azadlıqlar sahəsində sərt və yumşaq hüquq alətlərinin harmoniyalaşdırılmasına ehiyac duyulur;

Fikir azadlığı, sərbəst toplaşmaq azadlığı, azad və ədalətli seçkilər kimi siyasi hüquqlar sahəsindəki əsas dəyərlərin tətbiq edilməməsi Beynəlxalq təşkilatların sənədlərində sərt və yumşaq hüququn bəzi müxtəlif variantları və şərhləri üçün arqument gətirilə bilməz;

Azərbaycan Respublikasında insan azadlıqlarının müdafiə edilməsi və ona hörmətin yüksəldilməsində Azərbaycanda vətandaş cəmiyyətinin rolu vətəndaşların bu sahədə məlumatlılığının artırılması və ictimai agentliklərin və orqanların üzərində monitorinq və nəzərət prosesinə cəlb edilməsinin inkişaf etdirilməməsi Azərbaycan xalqının əsas azadlıqlarının müdafiə edilməsi üçün şəffaflıq və imkanını artıracaqdır;

Azərbaycanda QHT-lərin bacarıqlarının artırılması üçün effektiv mexanizm yaradılmalıdır ki, bu da insan hüquqlarının qorunması, dayanıqlılığın inkişafı prosesini dəstəkləməsi, zəruri ehtiyatları (insan, kapital) əldəetmə imkanının inkişafı üçün nəzərdə tutulur;

Hesab edirik Azərbaycan cəmiyyətinin beynəlxalq insan hüququları normalarını daha da inkişaf etdirməsi və həyata keçirməsinə dəstək yolunda yeni yaradılmış olan İnsan Hüquqları üzrə İctimai Şura əhəmiyyətli rol oynaya bilər.

Bu Bəyannamə Konfrans iştirakçıları tərəfindən əlavə və düzəlişlər olunmaqla qəbul edildi. Konfransda yeni təşkilatın – “İnsan Hüquqları üzrə İctimai Şura”nın 2008-2010 – cu illər üçün fəaliyyət strategiyası qəbul olundu.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO