Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Bakı-Şamaxı-Yevlax yolunun bir hissəsinin yenidən qurulması bu il başa çatdırılacaq

“Azəravtoyol” ASC tərəfindən respublikanın 17 500 km ümumi istifadədə olan avtomobil yollarına və Bakı şəhərinin 1600 km uzunluğunda küçə və prospektlərinə, eləcə də bu yollar üzərində yerləşən 1400-dən yuxarı yol ötürücüsü, körpü və tunellərə xidmət göstərilir. Keçən dövr ərzində uzunluğu 1700 km olan avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və  təmir olunub”.

 

“APA-Economics” xəbər verir ki, bunu “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

Onun sözlərinə görə, ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərində 26 yeni körpü və 8 piyada keçidi tikilib.

 

Qurum rəhbəri deyib ki, ölkə başçısı tərəfindən imzalanan 81 sərəncama əsasən, 48 rayon və şəhər ərazisində 3,2 milyon nəfər əhalinin yaşadığı, 761 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 1816 km olan avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinə başlanılıb. “Diqqətinizə çatdırmaq istəyirəm ki, bu günə kimi, cəmiyyətimiz tərəfindən 2 milyon nəfər əhali yaşayan, 370 yaşayış məntəqəsini birləşdirən uzunluğu 1030 km olan 56 layihənin icrası uğurla başa çatdırılıb”, – deyə o vurğulayıb.

 

S. Məmmədov bildirib ki, prezidentin tapşırığa uyğun olaraq, bu istiqamətdə Bəhramtəpə-Mincivan magistral avtomobil yolunun 64 km-lik hissəsinin bərpası işləri də sürətlə davam etdirilir və cari ilin sonunda başa çatdırılacaq.

 

“Ölkəmiz avtomobil yolları ilə beynəlxalq yükdaşımaların həyata keçirildiyi mühüm coğrafi mövqedə yerləşir. Avropadan Asiyaya Azərbaycan ərazisindən keçən tranzit avtomobil yolları 3 əsas marşrut üzrə həyata keçirilir. Sizin tapşırığınıza uyğun olaraq bu marşrutlar üzrə yerləşən magistral yolların yenidən qurulması uğurla davam etdirilir. Şimal-cənub dəhlizi üzrə Gəndob qəsəbəsindən Rusiya Federasiyası ilə dövlət sərhədinədək olan 69 km hissənin, həmçinin uzunluğu 204 km təşkil edən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 4 hərəkət zolaqlı olmaqla tikintisi işlərinin 2018-ci ildə, Şərq-Qərb istiqamətində İpək Yolunun Gəncə şəhərindən Gürcüstan ilə dövlət sərhədinədək qalan 130 km-lik hissəsinin 4 hərəkət zolaqlı olmaqla 2020-ci ilədək və Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 101 km hissəsinin 2 hərəkət zolağı əlavə edilməklə yenidən qurulması işlərinin isə cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulub”, – deyə aədr qeyd edib.

S. Məmmədov əlavə edib ki, işsizliyin aradan qaldırılması istiqamətində prezidentin tapşırığına uyğun olaraq 2016-cı ildə ASC-də 2300 yeni iş yeri yaradılıb, bu iş yerlərinə əksəriyyəti məcburi köçkün və qaçqınlardan ibarət olan vətəndaşlar qəbul edilib ki, bu gün də  onlar əmək fəaliyyətlərini uğurla davam etdirirlər.

 

APA

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO