Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Bakıda körpüyə çıxaraq təkrar intihara cəhd edən şəxs yenə xilas edilib – FOTO

Metronun “Koroğlu” stansiyası yaxınlığında intihar etmək istəyən şəxs xilas edilib.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının intihara cəhd edənZamiq İbrahimola  apardığı danışıqlar öz nəticəsini verib.  Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan və Bakıda müvəqqəti yaşayan Zamiq İbrahimov xilas edilib və müvafiq avadanlıqların köməyi ilə körpüdən endirilib. 

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. 

 

Fövqəladə Hallar Nazirliyi  hadisə ilə bağlı məlumat yayıb. FHN saytına istinadən xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakının Sabunçu rayonunda 1 nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olub. Hadisə yerinə xilasedicilər cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılıb, təhlükəsiz əraziyə endirilərək aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 22:55-də başa çatıb.

 

 

**** 21.10

 

 Bakıda metronun “Koroğlu” stansiyası yaxınlığında bir nəfər körpüyə çıxaraq  özünü atmaqla hədələyir. Hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, körpüdən özünü atmaq istəyən şəxs noyabrın 12-dən 13-nə keçən gecə eyni cəhdi etmiş Bakı sakini Zamiq İbrahimovdur.

 

Məlumata görə, Zamiq İbrahimovun qardaşı Ramin İbrahimov 5 ay əvvəl Zığ şosesində baş vermiş yol qəzasında həlak olub. Məlumata görə,  Z. İbrahimov qardaşının ölümünə səbəb olmuş şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edir. 

 

 Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin  Xüsusi Riskli Xilasetmə Xidmətinin, polis əməkdaşları və həkim briqadası cəlb olunub.

 

Hazırda özünü körpüdən atmaq istəyən şəxslə danışıqlar aparılır.

 

Qeyd edək ki, bu Zamiq İbrahimovun intihara ikinci cəhdidir. O,  noyabrın 12-dən 13-nə keçən gecə körpüyə çıxaraq  intihara cəhd edib. Lakin hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin  Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları onu fikrindən daşındırıb. FHN əməkdaşları  təhlükəsizlik qaydalarına əməl etməklə Z.İbrahimovu körpüdən endirərək, aidiyyatı üzrə təhvil veriblər.

/apa/

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO