Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Baş Prokurorluqdan Qarabağ əlilinin özünü yandırması ilə bağlı açıqlama

“Məhkəmə tibbi ekspertizası təyin edilib”.

Baş Prokurorluq II qrup Qarabağ əlili Zaur Həsənovun özünü yandırması faktı ilə bağlı açıqlama verib.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, dekabrın 25-də Bakı şəhər sakini Həsənov Zaur Həsən oğlunun müvafiq məhkəmə qərarına etiraz əlaməti olaraq özünü yandırması faktı üzrə Səbail rayon prokurorluğunda zəruri prosessual hərəkətlər yerinə yetirilməklə məhkəmə tibbi ekspertizası təyin edilib.

Hazırda araşdırmalar davam etdirilir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, dekabrın 25-də II qrup əlil, 5 uşaq atası Zaur Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binası qarşısında üstünə benzin tökərək özünü yandırıb. Ərazidə xidmət aparan polis əməkdaşlarının səyi nəticəsində, Z.Həsənovun həyatı xilas edilib. O, hadisə yerinə çağırılan təcilli tibbi yardım ilə xəstəxanaya aparılıb.  /oxu.az/

 

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO