Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Britaniya XİN: Erməni diasporu Ermənistanın demokratikləşməsinə maraq göstərmir

Böyük Britaniya XİN-in “Erməni diasporu: onun rolu və təsiri” adlı hesabatında erməni diasporunun Dağlıq Qarabağ münaqişəsində rolundan, bu diasporun Ermənistanın siyasətinə təsirindən söz açılıb.

Britaniya XİN-in rəsmi saytına istinadən məlumata görə, hesabatda ABŞ-dakı erməni diasporu tərəfindən 1991-ci ildən bəri Ermənistana bir neçə milyard dollar həcmində yardım göndərildiyi və bu ölkənin iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün diasporun dəstəyindən yararlandığı qeyd olunub.

 ABŞ-dakı erməni diasporunun ABŞ tərəfindən “erməni soyqırımı”nın tanıdılmasına çalışdığını qeyd etməklə yanaşı, hesabat müəllifləri Rusiyadakı erməni diasporun Rusiyayönümlü siyasət yeritməsini və Ermənistanın Moskvanın himayəsi altında olması üçün atılan addımları da qeyd ediblər. Lakin bildirilir ki, erməni diasporu Ermənistanın demokratikləşdirilməsi və dövlət idarəçiliyi kimi məsələlərdə maraqlı görünmür. Hətta sabiq prezident Levon Ter-Petrosyanla erməni diasporu arasındakı münaqişəyə, Ter-Petrosyanın prezident olduğu zaman Azərbaycanla sülhə maraq göstərməsinin diaspor tərəfindən qəbul edilməməsinə də diqqət çəkilib. /apa/

 

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO