Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Cəza çəkməkdən azad olunmuş gənclərin sosial adaptasiyasına dəstək gənclər təşkilatının əsas hədəflərindən biridir

 Azərbaycan Respublikasında 23 ilə yaxın müstəqillik dövründə durmadan bütün sahələrdə, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində ciddi islahatlar aparılır. Bu islahatlar sırasında cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiyası üçün qanunvericilik bazasının təkmilləşdirilməsi mühüm yer tutur. 7 il öncə “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”  Azərbaycan Respublikasının Qanununun qəbul olunması bu qəbildən olan zəruri işlərdən biri idi.  Qanun, həbsdən azad olnumuş şəxsin sosial adaptasiyası üçün vacib olan bütün komponentleri özündə əks etdirir və hazırda Qobustanda inşa edilən və bu il istifadəyə verilməsi proqnozlaşdırılan Adaptasiya Mərkəzi məhz adı çəkilən bu qanunun tələbidir. Bu mərkəz keçmiş məhkumların cəmiyyətə inteqrasiyası istiqamətində iş aparmaqla ölkəmizdə təkrar cinayət statistikasının azalmasına kömək edə biləcəkdir.

Ölkəmizdə bu sahədə aparılan ciddi işlərə baxmayaraq, keçmiş məhkumların, xüsusilə belə gənclərin cəmiyyətə inteqrasiyası sahəsində bir sıra problemlər də qalmaqdadır. Cəzaçəkmə müəssisələrini tərk etmiş gənc azadlığa çıxdıqdan sonra özünə iş tapmaqda, yaşayış yeri tapmaqda, maddi gəlir əldə etməkdə və sənədlərinin bərpa edilməsində və bununla yanaşı cəmiyyətin psixoloji baryer kimi ciddi çətinliklərlə üzləşirlər. Bu problemlərdən çıxış yolu kimi isə yenidən cinayət etməyi görürlər. Bunun nəticəsində də bir çox hallarda insanların həyatı və əmlakı üçün təhlükə yaranır, günahsız insanlar təkrar cinayət qurbanına çevrilirlər.

Bütün bu məqamları nəzərə alaraq, xüsusi həssas gənclər qrupu olaraq cəza çəkməkdən azad edilmiş gənclər, onların sosial adaptasiyasına dəstək verilməsi “Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi“ İctimai Birliyinin əsas hədəflərindən biridir və təşkilat mütəmadi olaraq, müxtəlif layihələri ilə bu sahəyə öz töhfəsini verməkdədir. Təşkilatın hazırda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəsti ilə növbəti layihəsi, “YENİ HƏYAT  – Cəza çəkməkdən azad olunacaq gənclər üçün azadlığa hazırlıq kursları“ layihəsi icra edilir.  

Layihə çərçivəsində Cəzaçəkmə Müəssisəsində azadlığa çıxacaq gənclərlə hüquqi və psixoloji iş aparılır, onlara azadlıqdakı hüquqi və psixoloji mühitlə bağlı geniş informasiyalar verilir. Layihə iştirakçıları milli qanunvericiliyin cəza çəkməkdən azad olunmuş gəncə verdiyi hüquqlar, habelə cəmiyyətin, işəgötürənlərin onlara münasibətinin yaratdığı psixoloji gərginliklərdən çıxmaq üçün psixoloji vasitə və alətlər barədə məlumatlar əldə edirlər. Bu layihə cəza çəkməkdən azad olunacaq gəncləri azadlıqdakı sosial adaptasiya imkanları, onların cəmiyyətə inteqrasiyası üçün dövlətin həyata keçirdiyi proqram və layihələrdən agah etmişdir. Layihə çərçivəsində həmçinin kitabça da çap edilmişdir. Bu kitabçada cəza çəkməkdən azad edilmiş gənc üçün zəruri olan bütün informasiyalar, milli qanunvericiliyin onlara verdiyi hüquq və imtiyazlar öz əksini tapmışdır.

 

MƏTBUAT XİDMƏTİ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO