Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

“Dağlıq Qarabağ probleminin həll edilməməsinin başlıca səbəblərindən biri Minsk Qrupunun nəticəsiz fəaliyyətidir”

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev dekabrın 24-də Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxini qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı bölgədə hərbi-siyasi vəziyyət və hərbi-texniki əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.
Dağlıq Qarabağ münaqişəsinə toxunan S. Əbiyev bildirib ki, problemin indiyə qədər həll edilməməsinin başlıca səbəblərindən biri Rusiyanın da həmsədr ölkə olduğu Minsk Qrupunun nəticəsiz fəaliyyəti ilə bağlıdır.
Müdafiə naziri həmçinin qeyd edib ki, Dağlıq Qarabağda baş qaldıran seperatizmin vaxtında qarşısının alınmaması problemin yayılmasına şərait yaradıb və bu gün Rusiyanın özü həmin problemlərlə qarşılaşıb.
Görüş zamanı rusiyalı səfir müdafiə nazirinə ölkəsinin Azərbaycana təyin olunmuş yeni hərbi attaşesini təqdim edib. /APA/

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO