Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi AŞPA-da qaldırılıb

Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının birinci iş günündə çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva assambleyanı azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün Ermənistana təzyiq göstərməyə çağırıb.

 

APA-nın Avropa müxbiri xəbər verir ki, AŞPA-nın bugünkü plenar iclasında məruzəçi P. Aqramundun AŞPA-nın fəaliyyətinə dair hesabatı müzakirə olunub. Müzakirələr zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva çıxış edərək diqqəti D. Əsgərov və Ş. Quliyevin məsələsinə yönəldib: “Bilirsiniz ki, bir neçə ay əvvəl Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qurulmuş separatçı, heç bir ölkə tərəfindən tanınmayan və Ermənistan tərəfindən dəstəklənən rejim tərəfindən girov götürülən azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı bütün beynəlxalq normaları pozaraq insanlıqdan kənar əməllər həyata keçiriblər. Bütün beynəlxalq çağırışlara, o cümlədən Avropa Şurasında bir sıra həmkarlarımız tərəfindən edilən çağırışlara baxmayaraq, ötən sessiyadan keçən dövr ərzində heç bir dəyişiklik baş verməyib və o insanlar hələ də girov saxlanılırlar. Onların ailələri Parlament Assambleyasından dəstək gözləyirlər. Onların azadlığa çıxması üçün təşkilatımızı səylərini daha da artırmağa və bu məsələnin də sənəddə öz əksini tapmasına çağırırıq”.

 

Q. Paşayeva Ermənistanın hələ də Azərbaycan torpaqlarını işğalda saxlamaqda davam etməsindən danışaraq Avropa Şurasını sərt addımlar atmağa çağırıb: “Mən assambleya üzvlərinin diqqətinə ötən sessiyadan keçən dövr ərzində Cənubi Qafqaz bölgəsində baş verən bəzi çox vacib məsələləri çatdırmaq istəyirəm. Azərbaycan və Ermənistan Avropa Şurasına daxil olan zaman Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində üzərilərinə öhdəlik götürüblər. Neçə illər keçməsinə baxmayaraq, heç bir nəticə və irəliləyiş yoxdur. Bunun səbəbi Ermənistanın asambleyanın qəbul etdiyi 1416 saylı qətnaməni uzun illərdir yerinə yetirməkdən imtina etməsidir. Məhz bunun nəticəsində bölgədə vəziyyət getdikcə daha da gərginləşir. Bir neçə gün əvvəl Ermənistanın atəşkəs rejimini yenidən pozaraq mülkü insanları snayperlərlə hədəfə alması nəticəsində mənim millət vəkili olaraq təmsil etdiyim bölgədə bir neçə mülkü vətəndaş öz evində, öz həyətində yaralandı. Avropa Şurası bu məsələyə laqeyd yanaşmamalıdır. Əgər Avropa Şurası vaxtında, indiyə qədər Ermənistana Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öhdəliklərinin, 1416 saylı qətnamənin yerinə yetirilməsi istiqamətində ciddi təzyiqlər etsəydi, bəlkə də bu günə qədər yüzlərlə mülkü insan öz həyatını itirməyəcəkdi. Ona görə də biz sizi bu mövzuya diqqət ayırmağa, bununla bağlı müzakirələrin aparılmasına çağırırıq”.

 

 

Apa.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO