Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Dilqəm Əsgərov və Şahbaz Quliyevin qondarma “məhkəməsi” sona yaxınlaşır

Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində Xankəndidə qurulmuş qondarma “məhkəmə” sona yaxınlaşır.

Bu barədə “news.am”-a Şahbaz Quliyevin “vəkil”i Arkadi İsraelyan bildirib.

 Bu gün keçiriləcək “proses”də Azərbaycanda əsirlikdə olmuş Akop İnciqulyan ifadə verəcək.

 Qondarma “məhkəmə” bu il oktyabrın 27-də başlayıb.

 Xatırladaq ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

 H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. /apa/

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO