Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Dövlət Duması: Dağlıq Qarabağ münaqişəsi Ermənistana əngəl törətmir

“İnteqrasiyaya aidiyyəti olan hər kəs tərəfindən nəzərə alınacaq”.

Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması Ermənistanın Gömrük İttifaqına qoşulması üçün əngəl təşkil etmir, lakin bu faktor nəzərə alınacaq.

“RİA Novosti”-nin verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutski deyib. 

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi sözsüz ki, həm Ermənistan rəhbərliyi, həm Avrasiya İqtisadi Komissiyası, həm də bu inteqrasiyaya aidiyyəti olan hər kəs tərəfindən nəzərə alınacaq.

L.Slutski xatırladıb ki, Gömrük İttifaqının yaradılmasının təşəbbüskarı olan Qazaxıstan prezidenti Nursultan Nazarbayev də hesab edir ki, bu faktor nəzərə alınmalıdır: 

“Ermənistan və Azərbaycan bu gün çox təəssüf ki, Dağlıq Qarabağ görə həlli uzanan münaqişə vəziyyətindədirlər. Ona görə də bir ölkənin bir çox təşəbbüsləri təbii olaraq digər tərəfin hücumlarına məruz qala bilər. Lakin bundan problem düzəltmək lazım deyil. Ermənistanın Gömrük İttifaqına üzvlüyünün “yol xəritəsi” və Ermənistanın ittifaqın digər məkanı ilə gömrük sərhədlərinin formalaşması sözsüz ki, Dağlıq Qarabağ faktoru nəzərə alınmaqla formalaşır. Biz bilirik ki, Ermənistanın Gömrük İttifaqının qalan ölkələrinin ümumi sərhədləri yoxdur, lakin bu, maneə deyil”.   

L.Slutski Yunanıstanı misal göstərərək bu ölkənin Bolqarıstan Avropa Birliyinə üzv olana qədər uzun müddət AB ilə ümumi sərhədlərə malik olmadığını xatırladıb.  /oxu.az/

 

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO