Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Edam edilmişlərin daxili orqanlarının istifadəsi ölkəni qarışdırdı

İnsan haqları təşkilatlarının etirazları nəticəsini verib.

Çin hökuməti edam olunmuş məhbusların daxili orqanlarının transplatasiyası üçün istifadəsinin dayandırılacağına vəd verib.

bu insan haqları təşkilatlarının daimi etirazlarının nəticəsidir. Reform 1 yanvar 2015-ci ildə qüvvəyə minəcək. 

Bu dəyişiklik ölkədə orqan köçürülməsinə ehtiyacı olan xəstələrin qeyri-müəyyən vəziyyətə düşməsinə səbəb olub. Proqramın dayandırılması və milli donor sisteminin yaradılması vədini Çin hökuməti 3 il əvvəl səsləndirmişdi. Bu 3 il ərzində qohumların və ya donorların icazəsi olmadan orqanların icazəsi qadağan edilmişdi. Lakin hüquq müdafiəçiləri edam edilənlərin yaxınları çox vaxt dövlət tərəfindən təzyiqlərə məruz qalaraq, lazımi sənədləri imzalamağa məcbur edildiklərini iddia edirlər. 

Hakimiyyət gözlənilən reformda məhz hansı dəyişiklərin olacağını hələ açıqlamayıb. Uzun illər edam edilənlərin orqanları donor orqanlarına ehtiyacı olan xəstələrin köməyinə gəlirdi. Ümumiyyətlə, Çin edam edilən şəxslərin orqanlarının sistemli şəkildə donor kimi istifadə edən yeganə dövlətdir. Çin Xalq Demokratik Respublikasında səhiyyə sisteminə olan ənənəvi inamsızlıq könüllü orqan donorlarının praktiki olaraq yoxluğuna gətirib çıxarıb. 

Hazırda bu sahədə tələbat artır. “China Youth Daily”  jurnalının 40 000 gənc çinli ilə online apardığı sorğunun nəticələrinə görə, 50% donor olmaqdan imtina ediblər. Ümumiyyətlə çinlilərin 62%-i donor olmaq istəmir.

Çində il ərzində orta hesabla 10 000 orqan köçürülməsi əməliyyatları aparılır. Hazırda ölkədə təcili şəkildə orqan köçürülməsinə ehtiyacı olanların sayı 300 000-ə çatıb.  /oxu.az/

 

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO