Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Ermənistanın müdafiə naziri Dağlıq Qarabağda vurulan helikopterin kursdan çıxdığını etiraf edib

Ermənistanın müdafiə naziri Seyran Ohanyan ötən il noyabrın 12-də Dağlıq Qarabağda vurulan hərbi helikopterin kursdan kənara çıxdığını etiraf edib.

“Armenia today” portalına istinadən məlumata görə, S. Ohanyan helikopterin vurulması faktı ilə bağlı xidməti təhqiqat apardıqlarını söyləyib: “Bununla əlaqədar bəzi insanlar töhmət alıblar və işdən çıxarılanlar da olub. Təlim uçuşu həyata keçirən helikopterin heyəti bir qədər kursdan kənara çıxıb”.

Xatırladaq ki, 2014-cü il noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdamrayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Silahlı Qüvvələrinə məxsus “Mi-24” tipli hərbi helikopter döyüş kursuna enərək Azərbaycan ordusunun mövqelərimizə hücuma cəhd edib. Azərbaycan əsgərləri tərəfindən açılan atəş nəticəsində düşmən helikopteri məhv edilib. Helikopterin 3 heyət üzvü ölüb. /apa/

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO