Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Ermənilər növbəti dəfə atəşkəs rejimini pozublar

Ermənilər növbəti dəfə atəşkəs rejimini pozublarErmənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini növbəti dəfə pozublar. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Ermənistan Silahlı Qüvvələri bölmələri dünən saat 14.00-dan gecə saat 00.00-a kimi fasilələrlə Ermənistanın Noyemberyan rayonunun Voskevan və Voskepar, Berd rayonunun Çinari kəndləri sahəsindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi və Qazax rayonunun Quşçu Ayrım kəndləri sahəsində yerləşən mövqelərini atəşə tutublar. Bundan başqa, ermənilər saat 22.20-dən bu gün saat 03.00-dək ara-sıra Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən, bu gün saat 01.55-dən 02.10-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

/APA/

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO