Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutubDağlıq Qarabağ. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 19-da saat 09.25-dən 23.10-dək fasilələrlə Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 11.25-dən mayın 20-si saat 03.25-dək fasilələrlə Ermənistanın Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, Çinarlı və Mosesqex kəndləri sahəsindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam, Koxa Nəbi, Əlibəyli kəndləri sahəsində yerləşən mövqelərini, saat 18.15-dən mayın 20-si saat 03.40-dək ara-sıra Tərtər rayonunun Qızıl Oba, Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 18.45-dən 19.00-dək Goranboy rayonunun Borsunlu kəndi yaxınlığındakı mövqelərdən, saat 21.30-dan mayın 20-si saat 00.25-dək ara-sıra Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən, saat 21.30-dan 21.40-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda cavab atəşi ilə düşmən susdurulub, itki yoxdur.
/APA/

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO