Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Ermənistan Silahlı Qüvvələri bütün cəbhə boyu atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri bütün cəbhə boyu atəşkəsi pozubErmənistan Silahlı Qüvvələri bütün cəbhə boyu atəşkəsi pozub. Düşmən bölmələri noyabrın 28-də saat 16.40-dən 17.10-dək, noyabrın 29-da saat 00.30-dan 00.45-dək fasilələrlə Ermənistan Respublikası Noyemberyan rayonu Voskepar kəndi, İcevan rayonu Berkaber və Azatamut kəndi, Berd rayonu Çinari kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı, Cəfərli kəndi ərazisində və Tovuz rayonunun adsız yüksəkliklərdə yerləşən mövqelərini, noyabrın 28-də saat 10.25-dən 10.35-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 13.00-dan 13.15-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 16.30-dan 16.45-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 19.00-dan 19.30-dək Füzuli rayonunun Qərvənd kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 19.50-dən 22.30-dək fasilələrlə Tərtər rayonunun Seysulan və Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən, noyabrın 29-da saat 00.15-dən 00.25-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 01.40-dan 02.00-dək isə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bütün hallarda cavab atəşi ilə susdurulub, itki yoxdur.
/My WebpageApa.az/

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO