Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Hərbi prokuror: “Ermənilərin azərbaycanlılara qarşı törətdiyi terror faktları ilə bağlı 296 təqsirləndirilən şəxsin axtarışı davam etdirilir”

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi terror faktları ilə bağlı başlanmış cinayət işlərinin istintaqı davam etdirilir.

Məlumata görə, Hərbi Prokurorluqda keçirilən kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən baş prokurorun müavini – hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib ki, XocalıQaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdiyi digər cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırıma görə məsuliyyəti nəzərdə tutan 103-cü və digər maddələri ilə istintaq olunan cinayət işi üzrə 296 təqsirləndirilən şəxs barəsində axtarış elan edilib. Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 Bununla yanaşı, erməni millətçilərinin xüsusi amansızlıqla və qəddarlıqla törətdikləri kütləvi qırğınların, bəşəriyyət və sülh əleyhinə cinayətlərin tarixin yaddaşına həkk olunması, bütövlükdə Qarabağ hadisələri ilə bağlı obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu barədə gələcək nəsillərin ixtiyarına tutarlı dəlillərin və ətraflı məlumatların verilməsi məqsədi ilə Respublika Hərbi Prokurorluğunun inzibati binasında Memorial Soyqırımı Muzeyinin yaradılması ilə bağlı Respublika Hərbi Prokurorluğunun təşəbbüsü bəyənilərək bu barədə 2013-cü ilin iyulun 19-da Baş Prokuror Zakir Qaralov tərəfindən əmr imzalanıb və 24 fevral 2014-cü il tarixdə muzeyin açılışı olub. Memorial Soyqırım muzeyi XX əsrin əvvəllərindən bəri bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilmiş zəngin tarixi sənədlər, xalqımıza qarşı törədilmiş soyqırımı, deportasiya, hərbi cinayətlər barədə xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət zəngin ədəbiyyat fondu ilə təchiz olunub. Ötən il ərzində muzeyi 3589 nəfər ziyarət edib.

 /apa/

 

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO