Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Həzi Aslanov: “Bu il qanunsuz narkotik dövriyyəsi ilə məşğul olan 41 cinayətkar qrup və dəstə zərərsizləşdirilib “

Bu il Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 106 nəfərdən ibarət 41 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov bu gün DİN-də keçirilən kollegiya iclasında bildirib.

O qeyd edib ki, nazirlik tərəfindən respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinin məqsədyönlü təşkilinə, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə böyük önəm verilərək davamlı tədbirlər görülür.

 

Cari ilin 9 ayında respublikanın daxili işlər orqanları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 2445, o cümlədən satışı ilə bağlı 634 fakt aşkarlanıb, 106 nəfərdən ibarət 41 cinayətkar qrup və dəstə zərərsizləşdirilib.

 

Qanunsuz dövriyyədən 532 kiloqramdan çox narkotik vasitə, o cümlədən  90,7 kiloqram tiryək, 32,8 kiloqram həşiş, 370 kiloqrama yaxın marixuana, 14,6 kiloqram heroin, 25 kiloqram digər vasitələr götürülüb. Eyni zamanda, 44 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, ümumi çəkisi 212,5 ton olan narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilib. Həmin hüquqazidd əməllərə görə 1824 şəxs cinayət məsuliyyətinə cəlb olunub.

/apa/

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO