Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Həmməruzəçilərin səfər proqramı açıqlandı

Həmməruzəçilərin səfər proqramı açıqlandıMayın 17-21-də Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova Azərbaycanda səfərdə olacaqlar.
Avropa Şurasından APA-ya verilən məlumata görə, fakt-araşdırıcı adlandırılan səfərin əsas məqsədi oktyabrda Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıq məsələlərini hakimiyyətlə müzakirə etmək, demokratik institutların fəaliyyətinə dair məruzəni tamamlamaqdır. Səfər zamanı həmməruzəçilər Prezident Ilham Əliyev, spiker Oqtay Əsədov, Ədliyyə Naziri Fikrət Məmmədov, Milli Təhlükəsizlik Naziri Eldar Mahmudov, Mərkəzi Seçki Komissiyasının Sədri Məzahir Pənəhovla görüşəcəklər. Həmməruzəçilər müxalifət partiyaları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və media təmsilçiləri ilə də görüşlər keçirəcəklər. Səfər zamanı həbsdə olan jurnalistlərlə bağlı müzakirələr də aparılacaq.

/Azadlıq.az/

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO