Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Məhəmməd Adil Embarş: Azərbaycandakı tolerantlıq və sabitlik digər ölkələrə nümunədir

Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrlə görüşdə deyib.

Tarix, mədəniyyət və dünyəvi dəyərlər baxımından iki ölkənin xalqları arasında paralellər olduğunu bildirən səfir əməkdaşlığın perspektivlərindən danışıb. Diplomat Mərakeşin coğrafiyası, zəngin tarixi, təbiəti, iqtisadiyyatı, təhsil imkanları haqqında tələbələrə məlumat verib.

Səfir UNEC-in zəngin infrastrukturunun olduğunu qeyd edib. O, beynəlxalq arenada gündən-günə nüfuzu artan UNEC-in təhsil imkanlarını, tələbələrin intellektual səviyyəsini yüksək qiymətləndirərək onlarla tanışlıqdan şad olduğunu və Mərakeş ali təhsil müəssisələri ilə əməkdaşlığın qurulmasında kömək edəcəyini bildirib.

Azərbaycanda səfir kimi fəaliyyət göstərməkdən məmnun olduğunu vurğulayan diplomat UNEC tələbələrinin Mərakeşin ali təhsil sistemi, mübadilə şərtləri, müsəlman ölkəsi kimi özəllikləri, turizm imkanları ilə bağlı suallarını cavablandırıb.

 

AZƏRTAC

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO