Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Madriddə Qarabağ qətnaməsi qəbul olunacaq

Xəbər verildiyi kimi, noyabrın 22-də Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Elxan Süleymanovun təşəbbüsü və təşkilati dəstəyi ilə İspaniya Senatında Azərbaycan ilə İspaniya arasında tərəfdaşlığın genişləndirilməsinə, habelə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinə həsr edilmiş “Azərbaycan bu gün Avropadadır. Azərbaycan ilə İspaniya arasında etimadın tənzimlənməsi” mövzusunda konfrans keçirilib.

CNBC, Wall Street Journal, Business Journal, Yahoo!, Austria Presse Agentur, Deutsche Presse Agentur, Focus, ADVFN France, Biz-Affaire kimi resurslarda, cəmi 232 yerdə bu tədbir haqqında məlumat yayılıb.

Məlumatı olduğu kimi sizə təqdim edirik.

Dondurulmuş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlılığı artıran İspaniya və Azərbaycan qarşılıqlı etimadın qurulması və əməkdaşlığın genişləndirilməsinə sadiqdir

23 noyabr 2012-ci il, Madrid

Cümə axşamı İspaniyanın paytaxtı Madrid şəhərində Azərbaycan və İspaniya arasında sülh, təhlükəsizlik, enerji və ticarət sahələrində qarşılıqlı inamın qurulmasının əhəmiyyəti “Azərbaycan bugünkü Avropada” adı altında keçirilən konfransda qeyd olundu. Konfransın gedişində uzunmüddətli münaqişə ilə bağlı məlumatlılığın artırılması üçün İspaniya Senatında tezliklə Dağlıq Qarabağdakı vəziyyətə dair yeni qətnamənin irəli sürüləcəyi elan olundu.

Konfrans AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun təşəbbüsü ilə təşkil olunmuşdu. Onun nümayəndə heyəti 3-ü müxalifət təmsilçisi olmaqla, 7 deputatdan ibarət idi.

Senatın Xarici İşlər və Əməkdaşlıq Komissiyasının prezidenti Alexandro Munoz-Alonso Azərbaycan nümayəndə heyətini salamlayaraq, Azərbaycanın Avropa İttifaqı Qonşuluq siyasətinin vacib tərkib hissəsi olduğunu bildirdi və ölkəni bundan sonra da Aİ dəyərlərinə çağıraraq, Aİ-nın Azərbaycan ilə iqtisadi və siyasi inteqrasiyanın dərinləşməsinə tərəfdar çıxdığını bir daha qeyd etdi.

İspaniya Xarici İşlər Naziri Xose Manuel Qarsia Marqallo və İspaniya Senatının Vitse-Prezidenti Xuan Xose Lukas ilə görüş zamanı E. Suleymanov konfrans çərçivəsində “böyük geosiyasi əhəmiyyətə malik regionlarda yerləşən Azərbaycan və İspaniyanın hər ikisinin də çoxmədəniyyətli ölkə olduqlarını” vurğulayaraq, onları Azərbaycana səfər etməyə dəvət etdi. Azərbaycanın millət vəkili əlaqələrin səviyyəsinin yalnız ticarət və enerji sahələrindəki əməkdaşlıqda deyil, kənd təsərrüfatı və turizm kimi digər sahələrdə də genişləndirilə biləcəyini əlavə etdi. Sovet hakimiyyəti dövründəki fasiləyə baxmayaraq, Elxan Suleymanov Azərbaycanın uzunmüddətli parlament ənənəsinə istinad edərək, vətəndaş cəmiyyətinin inkişafında bu iki dövlətin bir-birilərinin təcrübələrindən faydalana biləcəklərini bildirdi. İspaniya Senatoru Xose Maria Çiquillonun ev sahibliyi etdiyi konfransda 80 senator və onların müavinləri, eləcə də tanınmış elm adamları, işgüzar şəxslər və QHT nümayəndələri də daxil olmaqla, 180-dən artıq görkəmli xadim iştirak edirdi.

Süleymanov öz çıxışında Dağlıq Qarabağ münaqişəsinin Azərbaycana 431 milyard dollardan artıq dəyərdə maddi ziyan vurduğunu qeyd etdi və münaqişənin ərazi bütövlüyü çərçivəsində həllinə çağıran BMT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qətnamələrin heç birinin yerinə yetirilmədiyini qınadı. Konfransda Dağlıq Qarabağa dair BMT qətnamələrinin hüquqi mülahizələri ilə bağlı canlı debat oldu. Bu qətnamələr daha sonra Senator Xose Maria Çiquillo və Azərbaycan baş nazirinin müavini və Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tərəfindən müzakirə olundu. Elxan Süleymanov dünya ictimaiyyətinin laqeydliyi, xüsusilə Avropa Parlamenti və Avropa Şurasının passiv münasibəti ilə bağlı Azərbaycan cəmiyyətində ciddi narahatlıqların olduğunu qeyd etdi. Ermənilərin 2005-ci ildən bəri Dağlıq Qarabağ üzrə Alt-Komitəni boykot etməsinə susmasını misal göstərərək, AŞPA-da ayrı-seçkilik siyasəti və ikili standartların tətbiq olunduğunu bildirdi. O, həmçinin diqqəti Avropa Şurası Monitorinq Komitəsinin Azərbaycana dair hazırlanmaqda olan məruzəsinə cəlb etdi və məruzəçinin “20 ildən artıqdır ki, yüz
minlərlə azərbaycanlı məcburi köçkünün hüquqlarının bərpasını və Ermənistana qarşı sanksiyalar tətbiq edilməsini tələb etməli olduğunu” bildirdi.

Meksika parlamentinin və Xarici Əlaqələr Komissiyasının üzvü Xesus Ramirez Renge bu yaxında Meksika parlamentində Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal olunmasını və erməni silahlı qüvvələri tərəfindən Xocalıda törədilən soyqırımı pisləyən Dağlıq Qarabağa dair qətnamənin qəbul olunduğunu bildirdi. O, həmçinin Azərbaycanda bir milyon qaçqın və məcburi köçkünün olduğunu vurğulayaraq, Ermənistanı BMT TŞ-nın qətnamələrini yerinə yetirməyə, işğal olunmuş ərazilərdən erməni qoşunlarının çıxarmağa və Azərbaycanın mülki əhalisinə qarşı zorakılığı dayandırmağa çağırdı.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO