Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Mehriban Əliyeva ali mükafat ilə təltif olunub

“Şəhid Benazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı-2013” mükafatı Türkiyənin Birinci xanımı Hayrunnisa Gülə də verilib.

Dünən Pakistanın Sind əyalətinin Larkana şəhərində “Şəhid Benazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı-2013” mükafatlarının təqdimolunma mərasimi keçirilib.

Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, mərasimdə Pakistanın sabiq prezidenti Asif Əli Zərdari, Sind əyalətinin Baş naziri Kaim Əli Şah, əyalət kabinetinində təmsil olunan nazirlər, Milli Assambleyanın üzvləri, senatorlar iştirak ediblər. 

Benazir Bhuttonun anadan olduğu Larkana şəhərində qətlə yetirildiyi günün ərəfəsində keçirilmiş mərasimdə ali qonaq qismində iştirak edən Pakistanın sabiq prezidenti Asif Əli Zardari, Pakistanın böyük qızı Benazir Bhuttonun Pakistanın həyatında oynadığı əvəzsiz roldan danışıb, onun bütün həyatını demokratiyanın bərqərar olunmasına həsr etdiyini, habelə Pakistanda qadın və uşaqların problemlərinə xüsusi diqqət yetirdiyini vurğulayıb. 

Sonra o, Azərbaycanın Birinci xanımı, Heydər Əliyev fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın “Şəhid Benazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı-2013” mükafatı ilə təltif olunduğu elan edib. 

Tədbirdə çıxış edən Sind əyalətinin ailə və qadın məsələləri üzrə naziri Rubina Kaimxani, B. Bhuttonun Pakistanda elm, təhsil və mədəniyyətin inkişafına, habelə qadınların cəmiyyətdə mühüm rol oynamasına xüsusi töhfələr verdiyindən danışıb. O, M,Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində təhsil, səhiyyə və humanitar sahələrdə irimiqyaslı layihələrin həyata keçirildiyini, bu tədbirlər çərçivəsində 2007-ci ildə Pakistanın zəlzələdən zərər çəkən Müzəffərabad şəhərindəki qızlar məktəbinin inşa edildiyini diqqətə çatdırıb. 

Bundan əlavə, 2012-ci ildən başlayaraq Heydər Əliyev Fondu Pakistanda yeni layihələr proqramına start verib ki, bu proqram çərçivəsində sel daşqınlarından zərər çəkmiş məktəb Fond tərəfindən əsaslı təmir edilib. Proqrama əsasən, Xeybər-Paxtunxva və Pəncab əyalətlərində “Hepatit B “virusuna qarşı peyvəndləşdirmə aparılıb.

Peşəvər şəhərində “Akbar Care” serebral paraliç institutunda pulsuz müayinə təşkil edilib, Kulsum İnternational xəstəxanasında açıq ürəkdə əməliyyatlar aparılıb, Hamza Fondu (Peşəvər) üçün müasir qanköçürmə avadanlıq və laboratoriya ilə təchiz edilmiş təcili tibbi yardım maşını və minlərlə qanköçürmə paketləri alınıb, Xeybər Göz Fondunun yeni binasının inşasına və Saif Fonduna maddi yardımlar edilib. 

Hazırda isə Dera İsmail Xan bölgəsində su təchizatı sistemi inşa edilməkdədir. Eyni zamanda 2012 və 2013-cü illərdə Fond tərəfindən Pakistanın bütün əyalətlərində Ramazan ayında kimsəsiz uşaqlar üçün iftar süfrələri açılıb, Qurban bayramında isə, Pəncab əyalətinin İslamabad, Fəyzabad, Xeybər-Paxtunxva əyalətinin Lakki Marvat şəhərində, həmçinin Bəlucistan əyalətinin zəlzələdən zərər çəkmiş bölgəsində qurbanlıqlar kəsilərək əhalinin imkansız təbəqələrinə paylanılıb. 

Əlavə olaraq, Fond Pakistanın 12 aparıcı Universitetinin 36 tələbəsi və Rara məktəbinin 5 şagirdini aylıq təqaüdlərlə təmin etməkdədir. O, cari ilin mart ayında Bakıya səfəri zamanı Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva ilə görüşdüyünü bildirərək dərin təəsüratlarını bölüşüb. 

“Şəhid Benazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı-2013” mükafatı eyni zamanda Türkiyənin Birinci xanımı Hayrunnisa Gülə də verilib.  /oxu.az/

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO