Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Milli Məclisin sədri Oqtay Əsədov Qüdrət Həsənquliyevi təbrik edib

Milli Məclisin sədriOqtay Əsədov Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevi təbrik məktubu ünvanlayıb.

 BAXCP mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, O.Əsədov Milli Məclisin sədr müavinləri, Milli Məclisin Aparat rəhbəri və Milli Məclisin İşlər İdarəsinin müdirinin adından Q.Həsənquliyevi 50 illik yubileyi münasibətilə təbrik edib.

 Məktubda Q.Həsənquliyevin ömür yoluna və ictimai-siyasi fəaliyyətinə yüksək qiymət verilir. Qeyd olunur ki, hazırda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü kimi qanun yaradıcılığına layiqli töhfə verən BAXCP sədri Milli Məclisin NATO PA-da və Avronest PA-dakı nümayəndə heyətlərinin üzvü kimi səmərəli fəaliyyət göstərir, Azərbaycan-Malta parlamentlərarası dostluq qrupunun rəhbəri, Belçika, İtaliya, Xorvatiya, Moldova və Peru ilə analoji qrupların üzvü kimiMilli Məclisin beynəlxalq əlaqələrinin genişlənməsində yaxından iştirak edir.

 “İnanıram ki, bundan sonra da müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi yolunda var qüvvənizi əsirgəməyəcəksiniz” – deyə O.Əsədov məktubunda bildirib. /apa/

 

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO