Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

“Müasir beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qanunsuz və hüquqa zidd fəaliyyəti” kitabının təqdimat mərasimi

 

“Xəzər – Gələcək naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” ictimai birliyi Azərbaycan Res-publikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci il üçün Azərbaycan QHT-lərinin layihələrinin maliyyəşdirilməsi ilə bağlı müsabiqədə iştirak etmiş və “Beynəlxalq hüquq baxımından Azərbaycanın işğal olun­muş ərazilərində Ermənistanın qanun­uz və hüquqa zidd fəaliyyətinin araş­dırılması” adlı layihəsinin qalibi olmuşdur.

Bu layihənin icra müddətində “Müasir beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanın işğal olunmuş ərazilərində Er­mə­nistanın qanunsuz və hüquqa zidd fəaliyyəti” adlı kitab nəşr olun­muş­dur. Kitab Ermənistan Respublikasının, daha doğrusu işğalçı və cinayətkar döv­lə­tin Azər­bay­ca­nın işğal olunmuş ərazilərində müasir beynəlxalq hüquqa zidd və qey­ri-qanuni fəaliyyəti araşdırılır. Ki­tabın yazılmasında əsas məqsəd qüvvədə olan bey­nəl­xalq-hü­qu­qi sənədlər əsasında Ermənistan tərəfindən törədilmiş cinayətləri sü­bu­ta yetir­mək­dən və həmin sənədləri Azərbaycan xalqı və bey­nəl­xalq ictimaiyyət ara­sında ta­nıt­maq­dan ibarətdir. Kitabın müəllifləri Rüstəm Məmmədov və Xaqani Məmmədovdur.

Burada Azərbaycanın işğal olunmuş ərazilərində qa­nunsuz məs­kun­laşma siyasəti araşdırılır, vətənimizin işğal altında olan ərazilərində təbii sər­vət­lə­rin qanunsuz istismaredilməsi sübuta yetirilir və göstərilir ki, bu əra­zi­də Ermə­nis­tan tərəfindən qanunsuz iqtisadi fəaliyyət həyata keçirilir. Çoxsaylı fak­tiki sübut­larla aydın olur ki, Azərbaycanın işğal olunmuş ərazilərində tarixi və mə­də­niyyət abidələri dağıdılmışdırvə özgəninkiləşdirilmişdir və azəri-türk adları qanunsuz olaraq dəyişdirilmişdir.

7 oktyabr 2017-ci il tarixində Azərbaycan Respublikası Prezident Administrasiyasının və İs­ma­yıllı rayon icra hakimiyyətinin köməkliyi ilə İsmayıllı rayonunun Uşaq Kitabxanasının akt za­lın­da “Xəzər – Gələcək naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” ictimai birliyinin tədbiri keçirildi. Təd­bir zamanı layihə çərçivəsində nəşr olunan “Müasir beynəlxalq hüquq nöqteyi-nəzərindən Azər­bay­canın işğal olunmuş ərazilərində Er­mə­nistanın qanunsuz və hüquqa zidd fəaliyyəti” adlı kitab haq­qında məlumat verilmişdir. Tədbirdə müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri, İs­ma­yıllı rayon məktəblərinin direktorları və müəllimələri, mədəniyyət orqanlarının işçiləri, qaçqınlar, məc­buri köçkünlər və s. iştirak etmişdilər. Tədbirin iştirakçılarına kitab paylanaraq Azərbaycan Res­pub­likasının işğal olunmuş ərazilərində ermənilərin qanunsuz əməlləri, Azərbaycan Respublikasının qaç­qınlarının və məcburi köçkünlərinin problemi məsələsi müzakirə olunmuşdur. Tədbir zamanı la­yi­hə rəhbəri Rüstəm Məmmədov və layihədə iştirak etmiş ekspert Xətai Abbasov və İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini M.Məhərrəmov, Qaçkınkomun rayon nüma­yən­dəsi Tahir Əliyev çıxış etmişdilər. Sonda tədbir iştirakçılarına, şəhər, kənd və məktəb kitabxanalarına yeni nəşr paylanmışdır.

Layihənin müddəti 15 iyul 2017-ci il tarixindən 15 noyabr 2017-ci il tarixinədək (4 ay) dövrü əhatə edir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO