Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Polad Bülbüloğlu: Rusiya Qarabağ münaqişəsini həll edə bilər, lakin etmir

“Hər hansı inteqrasiya barədə danışmazdan əvvəl Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır”.

Beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlər var. Gömrük İttifaqının sərhədi Azərbaycanla Ermənistanın sərhədindən keçməlidir.

Bunu Rusiyanın RBK kanalına müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib. 

O bildirib ki, Azərbaycan öz yolu ilə irəliləyir: 

“Biz nə Avropa Birliyinə, nə də Gömrük İttifaqına gedirik. Bizim öz yolumuz var. Biz hər şeylə təmin olunmuş ölkəyik. Dağlıq Qarabağın ərazisi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ərazisi kimi tanınır. Bu, mübahisə məsələsi deyil. Hər hansı inteqrasiya barədə danışmazdan əvvəl Dağlıq Qarabağ münaqişəsini həll etmək lazımdır. 

İki müharibə vəziyyətində olan ölkə bir inteqrasiya təşkilatında təmsil oluna bilməz. MDB bir istisna idi, hansı ki, bu gün səfirlərin dialoq, müzakirə klubuna çevrilib. Necə ola bilər ki, bir dövlət onun ərazisinin 20 faizini işğal edən başqa dövlətlə bir yerdə oturub inteqrasiyanı müzakirə etsin?!”

Səfirin sözlərinə görə, əgər Rusiya Ermənistanı tamamilə Gömrük İttifaqına inteqrasiya etmək istəyirsə, onda Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməlidir: 

“Fikrimcə, Rusiya bu problemi həll edə bilər, lakin etmir. Rusiya Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq tanıyır. Qondarma “Dağlıq Qarabağ Respublikası”nı isə tanımır. Bu, o deməkdir ki, Rusiya beynəlxalq arenada özünü düzgün aparır. Əgər Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, onda Gömrük İttifaqının sərhədi Azərbaycanla Ermənistanın sərhədindən keçməlidir. Məsələ çox sadədir”.  /oxu.az/

 

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO