Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

PRESS-RELİZ

  “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Keçmiş məhkumların cəmiyyətə inteqrasiyasına və hüquqlarının müdafiəsinə ictimai dəstək” layihəsinin icrasına başlamışdır. Layihənin əsas məqsədi insan hüquqlarının ayrılmaz hissəsi olan məhkum hüquqlarının qorunması, cəza müddətinin bitməsinə az qalmış məhkumların cəmiyyətə sosial adaptasiyası və həmçinin cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiyasına kömək etmək, qanunvericiliyin müəyyən etdiyi hüquqlardan yararlanmalarına və təkrar cinayət törətmələrinə mane olmaqdır. 3 ay davam edəcək layihə çərçivəsində  müəyyən olunmuş cəzaçəkmə müəssisələrində (hər cəzaçəkmə müəssisəsində 30-40 məhkum olmaqla) cəza müddətinin bitməsinə az qalmış məhkumlarla maarifləndirici tədbirlər keçirilməsi planlaşdırılır. Qeyd olunan tədbirlərdə onlara hüquq vəzifələri izah olunacaq, təşkilatımızın layihədə nəzərdə tutduğu xidmətləri ilə bağlı məlumat veriləcəkdir. Layihə müddətində cəza çəkməkdən azad olunmuş yüzdən çox məhkuma hüquqşünas və psixoloq tərəfindən pulsuz fərdi konsultasiyalar təşkil olunacaq və hüquqi yardım göstəriləcəkdir.

 

Mətbuat Xidməti

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO