Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Prezident Akademiyanın açılışında iştirak etdi

Burada tədris Avropa Kredit Köçürməsi Sisteminin tələblərinə uyğun olaraq aparılır.

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 27-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının açılışında iştirak edib.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Dövlət başçısı Heydər Əliyevin akademiyanın həyətində ucaldılmış abidəsinin önünə gül dəstəsi qoyub.

Prezident İ.Əliyev akademiyanın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılmış şəraitlə tanış olub.

Azərbaycan prezidentinin 2008-ci il 2 iyun tarixli sərəncamı ilə yaradılmış akademiya xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanması, əməkdaşların ixtisaslarının artırılması və fövqəladə hallar sahəsində elmi-tədqiqat işlərinin aparılmasını həyata keçirən xüsusi təyinatlı təhsil müəssisəsidir. Dövlətimizin başçısının 2009-cu il 10 iyul tarixli Fərmanı ilə akademiyanın Nizamnaməsi təsdiq edilib.

Məlumat verilib ki, akademiyanın strukturuna həyat fəaliyyətinin təhlükəsizliyi, yanğın təhlükəsizliyi, kadrların yenidən hazırlığı və ixtisasartırma, qiyabi təhsil fakültələri və altı kafedra daxildir. Burada tədris Avropa Kredit Köçürməsi Sisteminin tələblərinə uyğun olaraq aparılır.

Dövlət başçısı akademiyanın kollektivi ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.  /oxu.az/

 

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO