Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Prokuror Qənimət Zahidin cəzasının qüvvədə saxlanmasını istəyib

Prokuror Qənimət Zahidin cəzasının qüvvədə saxlanmasını istəyibDünən Bakı Apellyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin və Bakı şəhər sakini Vüsal Həsənovun Yasamal Rayon Məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayəti üzrə məhkəmə baxışı keçirilib.
APA-nın məlumatına görə, prosesdə prokuror Murad Nəsirov çıxış edərək Yasamal Rayon Məhkəməsinin hökmünün dəyişdirilmədən qüvvədə saxlanmasını istəyib. Q. Zahidin vəkilləri Elçin Sadıqov, Əlayif Həsənov və Osman Kazımov isə baş redaktora bəraət verilməsini xahiş ediblər.
Qeyd edək ki, Yasamal Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham olunan Q. Zahid 4 il, V. Həsənov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Q. Zahid apellyasiya şikayətində ona bəraət verilməsini və təzminat ödənməsini, V. Həsənov isə cəzasının azaldılmasını istəyib.

/APA/

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO