Sorğu

Xarici radiostansiyaların fəaliyyətinin dayandırılması fikri ilə razısınızmı?

View Results

Loading ... Loading ...

Günün Fotosu

Partnyorlarımız

Qənirə Paşayeva Sudan Parlamenti Xarici Əlaqələr Komitəsinin rəhbəri ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Sudan Parlamentinin Xarici Əlaqələr komitəsinin rəhbəri, Nyala Universiteti Şurasının prezidenti Mohamed Yousif Abdullah ilə görüşüb.

Qənirə Paşayeva ona XocalıSoyqırımının Sudan Parlamenti tərəfindən tanınması  üçün təşəkkür edib.

 Qeyd olunub ki, bu ilin sentyabr ayında  Sudan Respublikasının parlamenti Xocalısoyqırımının tanınması haqqında qərar qəbul edib. Bu sənəddə Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilib. Sudan parlamentinin qərarında, həmçinin BMT Baş Assambleyasının və İslam Əməkdaşlıq Təşkilatının Azərbaycan ərazilərinin işğalına son qoyulmasına dair qətnamələrinin həyata keçirilməsinin vacibliyi qeyd olunub. Qərar Sudan parlamentinin Xarici əlaqələr komitəsi tərəfindən qəbul edilib və bu sənəd hüquqi qüvvəyə malikdir.

 

Millət vəkili bu qərarın qəbulunda Mohamed Yousif Abdullahın rəhbərlik etdiyi Xarici Əlaqələr Komitəsinin və şəxsən cənab Abdullahın özünün böyük rol oynadığını xüsusi vurğulayarq, ona öz adından, bütün Xocalılar və bütün azərbaycanlılar adından təşəkkür edib.

 

Görüş zamanı millət vəkili Qənirə Paşayeva xarici əlaqələr komitəsinin sədrinə Ermənistanın işğalçılıq siyasəti, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün  Ermənistanın işğalı nəticəsində 20 ildən artıqdır ki, öz yurd-yuvalarına dönə bilməməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən  pozulmaqda  davam etməsi  barədə ətraflı məlumatlar verib.

 

Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiklərini, əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduqlarını deyən Xarici Əlaqələr Komitəsinin rəhbəri Mohamed Yousif Abdullah  Azərbaycanla  bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlığın inkişafı üçün səylərin daha da artacağını deyib. Görüşün sonunda Qənirə Paşayeva Xarici Əlaqələr Komitəsinin rəhbəri Mohamed Yousif Abdullaha rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib.  /apa/

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO